Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

600-güclü Audi RS 6 Avant

Audi şirkəti universal seqmentində növbəti dəfə yeni söz söylədi və 6-cı ailəyə məxsus təkmilləşdirilmiş avtomobilin sirrini açdı. O, dinamikasına görə bir çox sportkarlarla rəqabət apara bilər, lakin bununla belə həm çamadanları, həm də bağ üçün şitilləri daşıya bilər.

Yeniliyin əsas hissəsi Audi üçün ənənəvi olan 4,0-litrlik, turbo yükləyicili V8-dir. Lakin bu dəfə o, elektrikli qurğu ilə - 48-voltluq starter-generator ilə təchiz edilib. Güc qurğusu ümumilikdə 600 a.g. və 800 Nm fırlanma anı verir. Avtomobil 100 km məsafəyə 13 litr yanacaq sərf edir. Buna enerjiyə qənaət sistemləri də kömək edir.

Starter-generator daxili yanma mühərriklərini 40 saniyəlik söndürməklə yüksək sürətlərlə hərəkət etməyə, V8 özü isə silindrlərin bir hissəsini söndürməyə imkan verir. Bununla belə, universal yerindən 100 km/saata 3,6 saniyəyə sürətlənir. RS 6 Avant-ın maksimal sürəti 250 km/saatdır. Lakin bu dəfə alıcılara iki təkmilləşdirilmiş məhdudiyyət təklif ediləcək – ya 280, ya da 305 km/saatadək.

Təkərlərarası mexaniki diferensialı olan tam ötürücü sistem dartma gücünün 70%-ni qabaq oxa, 85%-ə qədərini isə arxa oxa ötürə bilər. Audi opsional olaraq ağıllı diferensial da təklif edəcək ki, o, dartma gücünün vektorunu dəyişmək imkanı verəcək.

Bundan əlavə, opsiyalar siyahısına uyğun tənzimlənən amortizatorları olan və əyilməyə nəzarət edən asma daxil ediləcək. Universal, həmçinin ilk dəfə olaraq pnevmatik asma ilə təchiz ediləcək. RS 6 Avant standart vəziyyətdə adi universaldan 20 mm alçaqdır. Sürət 120 km/saata çatdıqda o, 10 mm də aşağı düşür. Şəhər daxili hərəkət zamanı isə klirensi 20 mm yuxarı qaldırmaq mümkündür.

Bort elektronikası 4 rejimdə çalışır – komfort, avtomat, dinamik və qənaətcil. Sükanda bir dəfəyə iki rejimi seçmək mümkündür. Burada sürətlər qutusunu (8-pilləli avtomat), asmanı, idarəetməni, mühərrikin səsini və s. tənzimləmək olar.

İnteryerdə əvvəlki 3 displey qalıb, lakin onların görünüşü idmansayağıdır. Salonda, həmçinin idman oturacaqları və çoxfunksiyalı idman sükanı quraşdırılır. Universalın baqajı yenə də böyükdür: onun həcmi 565-dən 1680 litrə qədərdir.

Yenilik 2020-ci ilin birinci rübündə satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi RS6 22.08.2019

Şərhlər


AD