Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus dəbli yaşıl LC nümayiş etdirib

İkiqapılının məhdud tirajı Inspiration Series adlandırılıb. Bu cür Lexus LC-lər xüsusi dekorla seçilirlər. Ban yaşıl rəngə (Terrane Khaki) boyanıb. Güzgülərin korpusu və asma detallar parlaqdır. O, beşyarpaqlı və təzad yaradan aksentləri olan 21-düymlük təkər diskləri ilə təchiz edilib.

Salon kürən rəngli təbii dəri ilə işlənib. Oturacaqlarda və qapı panellərində tikişlər var. Torpeda üzərindəki əlavələr qara kəhrəba rəngdədir. Təchizat bahalı komplektasiyaya uyğundur – audiosistem, proyeksiyalı displey və damda böyük lyuk.

Lexus texniki hissədə dəyişiklik etməyib. Inspiration Series-in kapotu altında həmin atmosferli, 477 a.g. verən 5.0 V8 dayanır. O, 10-pilləli avtomat sürətlər qutusu ilə birgə çalışır. Arxa ötürücülü avtomobil yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Yenilik payız aylarında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LC 18.08.2019

Şərhlər


AD