Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost ilə gözəl vidalaşdı

Məşhur Britaniya markası hər 10 ildən bir öz model sırasını yeniləyir və bu, kolleksiyaçılar üçün hər dəfə bir gözəl hadisəyə çevrilir. Rolls-Royce seriyalı modellərin xüsusi, nadir və çox bahalı versiyasını istehsal edir. Ghost ilə olan halda isə bu yenilik Zenith adlandırılıb.

Rolls-Royce Ghost Zenith-in hər biri üçün presedentsiz fərdilik səviyyəsi vəd edilib. Bunun üçün britaniyalılar təkcə indiki nəslin sələfini – konsept 200EX-i deyil, həmçinin 1907-ci ilin Silver Ghost modelini xatırlayıblar.

Məhdud sayda istehsal edilmiş seriyadan olan arxa kresloların hər biri xüsusi tikişlərlə bəzədilib. Sedanlarda təkər bazası salonun axırından qabağa qədər uzadılıb və xarizmatik Spirit of Extasy-nin formasını alıb.

Bu da sedan alıcılarına konsept-karı xatırladır: “Bir vaxtlar 200EX-də quraşdırılmış ekstaz ruhunu indi 50 metal plastinə bölüblər və məhdud seriyada olan avtomobillərin hər birinin mərkəzi konsolunda yerləşdiriblər. Bu lövhələrin üzərində Ghost sözü və seriyada olan avtomobilin sıra nömrəsi yazılıb”.

Mərkəzin konsolun özü çətin oyma ilə bəzədilib və o da konsepti xatırladır: Rolls-Royce mütəxəssisləri 200EX-in çertyojunu böyüdüblər, onu 50 yerə bölüblər və alınmış görüntüdən şəkilin əsası kimi istifadə ediblər.

Sedanın interyeri yüksək keyfiyyətli iki rəngli dəri ilə işlənib, qapı panelləri isə mozaika ilə bəzədilib. O, həm ağacdan, həm də kömür plastikdən hazırlana bilər. Ghost Zenith-in banı üç rəngdə ola bilər: mavi-ağ, gümüşü-ağ və ya qırmızı-qara.

Zenith kolleksiyasından olan Rolls-Royce-lar üçün sifarişlər artıq qəbul olunur.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost 14.08.2019

Şərhlər


AD