Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Acura-dan yeni sedan

TLX-in növbəti nəslindən xəbər verən bu avtomobil konsept statusunda təqdim edilib. Lakin daha bir maraqlı məqam vardır. Type S adı təkmilləşdirilmiş sedan versiyasının peyda olacağına işarə verir. Bir vaxtlar bu lövhəni ən təkmil Acura-lar daşıyırdılar.  Görünür, istehsalçılar ənənəni bərpa etmək qərarına gəliblər.

Konseptin xarici görünüşü Kaliforniyadakı Acura Design Studio-nun mütəxəssislərinin ixtiyarına verilmişdi. Qabaq hissədə dizaynerlər markanın seriyalı modelindəkinə bənzər optika küncləri və radiator barmaqlıqları çəkiblər. Ban uzun kapot sayəsində daha dinamik olub.

Avtomobil 21-düymlük təkər diskləri alacaq. Yeri gəlmişkən, aerodinamik asılqan tamamilə karbon lifindən hazırlanıb. Arsenala, həmçinin gücləndirilmiş Brembo əyləcləri daxil edilib, belə ki, dörd porşenli supprtlar qabaq və arxa hissələrdə yerləşdirilib. Təəssüf ki, güc qurğusu barədə hələlik məlumat verilməyib. Buna görə də gələn il seriyalı versiyanın buraxılışını gözləməli olacağıq.

AUTO.AZ



teqlər:
Acura, Acura TLX 10.08.2019

Şərhlər


AD