Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen T-Roc-un damını ləğv etdi

Yeni Сabriolet standart krossover T-Roc-un bazasında yığılıb. Lakin damın olmaması səbəbindən avtomobili ciddi şəkildə təkmilləşdirmək lazım gəldi. Məsələn, Volkswagen T-Roc Cabriolet alt hissə və qapılar üçün güclü konstruksuta aldı, həmçinin ölçüləri bir qədər böyüdü.

Təkər bazası donora nisbətən 37 mm böyüdü, avtomobilin ümumi uzunluğu isə 34 mm artaraq 4268 mm təşkil etdi. Bununla belə, adi T-Roc-dan fərqli olaraq damsız versiya bir qədər alçaq alınıb.

Bundan əlavə, daha yaxşı effekt əldə etmək üçün yeni T-Roc-un damı 9 saniyəyə yığılıb-açılır. Volkswagen mühəndisləri bunun üçün baqajın həcmini bir qədər azaltmalı olublar. Standart krossoverdən fərqli olaraq yeniliyin baqaj tutumu 161 litr azalaraq 284 litr təşkil etdi. Yeni T-Roc Сabriolet-in mühərrik qammasına yalnız benzin güc qurğuları daxil ediləcək.

Bunlara 115 a.g. verən 1-litrlik və 150 a.g. verən 1,5-litrlik mühərriklər daxildir. Hər iki mühərrik 6-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Ən güclü versiya isə 7-pilləli robot sürətlər qutusu (DSG) ilə təklif ediləcək.

Yeni modifikasiyanın qiyməti barədə hələlik məlumat verilmir. Model sentyabr ayında Frankfurt avtosalonunda debüt edəcək.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen T-ROC 08.08.2019

Şərhlər


AD