Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche ən güclü Cayenne təqdim edib

Avtomobil istehsalçısı özünün məşhur krossoverlər sırasını hibridlərlə daha da genişləndirib - Cayenne Turbo S E-Hybrid və Cayenne Turbo S E-Hybrid Coupе.

Hər iki model hazırda ən güclü Panamera-da istifadə edilən güc qurğusu (həmin hibrid) alıb. Ona 4-litrlik benzin turbo mühərrik V8 (550 a.g.) və 136 a.g.-ə malik elektrik mühərriki daxildir. Beləliklə, hibrid ümumilikdə 680 a.g. və 850 Nm fırlanma anına malik olur.

Hər iki model yerindən 100 km/saata 3,8 saniyəyə sürətlənir və 295 km/saat maksimal sürətə malikdir. Təkcə elektrik dartqı gücü ilə Cayenne Turbo S E-Hybrid və Cayenne Turbo S E-Hybrid Coupе 40 km məsafə qət edə bilər.

Əlavə olaraq, Porsche-nin model sırasına hibrid kupe Cayenne E-Hybrid də qoşulub. Bu versiyada krossover 340-güclü, 3-litrlik benzin V6 turbo mühərriki və 136-güclü elektrik mühərriki ilə təchiz edilir. Bu modifikasiyada güc aqreqatları ümumilikdə 462 a.g.-ə malikdir və maksimal sürət 253 km/saatdır.

Cayenne Turbo S E-Hybrid və Cayenne Turbo S E-Hybrid Coupe standart komplektasiyada elektromexaniki sabitləşdiriciləri olan əyilməyə qarşı sistem, adaptiv pnevmo asma PASM, arxa oxda diferensialın bloklaması, keramik əyləclər, 21-düymlük yüngül lehimli disklərlə lovğalana bilər.

Hibrid modifikasiyalı Porsche Cayenne-lərin qiyməti barədə məlumat verilməyib.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 04.08.2019

Şərhlər


AD