Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia Mohave: möhtəşəm təkmilləşdirmə

Koreya markası elə də gənc olmayan Mohave modelinin istehsalını dayandırmaq əvəzinə, onu daha da təkmilləşdirib. Diqqətlə baxdıqda görmək olar ki, koreyalılar 2008-ci ilin ban nümunəsini qoruyub saxlayıblar, lakin qabaq hissə tamamilə yenidir.

Yeni bamperə, barmaqlığa və faralara fərqli kapot və qanadlar əlavə edilib. Arxa hissədə baqajın qapağı dəyişilib, yeni böyük fənər peyda olub. Kia qərara gəlib ki, interyeri göstərməsin və rəsmi təqdimatı gözləməyi təklif edib.

Texniki hissə barədə, demək olar ki, söhbət açılmayıb. Yalnız o məlumdur ki, Mohave-nin kapotu altında əvvəlki 3-litrlik turbodizel (o, 8 diapazonlu avtomatla birgə işləyir) qalıb. Biz daha ətraflı məlumatı bir neçə həftədən sonra alacağıq.

Təkmilləşdirilmiş Mohave-nin qabarit uzunluğu 4930 mm, eni 1920 mm, hündürlüyü 1790 mm, təkər bazası isə 2895 mm-dir. Model əvvəlki banı saxladığı üçün qabaritlərin sələfdən çox da fərqlənməməsi təəccüb doğurmur – o, yenə də 5-metrlik yolsuzluq avtomobilidir.

Bu Kia üçün çoxlu sayda müasir sistemlər, o cümlədən Drive Wise kompleksi təklif ediləcək. Bununla yanaşı, yenilik intellektual kruiz-kontrol sistemi ilə təchiz ediləcək.

AUTO.AZ

 



teqlər:
KIA, Kia Mohave 01.08.2019

Şərhlər


AD