Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Chevrolet Corvette

Səkkizinci Chevrolet Corvette sələfi Stingray-dən önşəkilçisini alıb. Stingray isə bunu öz növbəsində ötən əsrin 60-cı və 70-ci illərində istehsal edilmiş modellərdən götürmüşdü. Beləliklə, istehsalçılar nəsillərdən keçən vərəsəliyi vurğulayıblar. Ümumilikdə isə sportkar köklü dəyişikliyə məruz qalıb.

Əsas xəbər – Corvette orta mühərrikli oldu. Əvvəllər mühərrikin arxa oxa keçirilməsi ideyası yalnız konseptlərdə həyata keçirilirdi. Tərtibatın dəyişdirilməsi isə banın ölçülərinə təsir etdi. Kabinə 40 sm uzadıldı, damın mailliyi artdı, arxa hissə böyüdü. Ön şüşənin qarşısında baqaj yerləşdirildi.

Ban alüminiumdan və şüşə plastikdən hazırlanıb. Mühərrik hissəsi köndələn yerləşdirilmiş kömür plastik balka ilə bərkidilib. Əvvəllər də olduğu kimi, damın panelini çıxarıb arxa hissədəki baqaja yerləşdirmək olar. Bundan sonra isə burada yük üçün yer qalmayacaq. Ümumiyyətlə, Chevrolet yüklənməyi xoşlamır – iki baqaj hissənin ümumi həcmi cəmi 357 litrdir.

İnteryer daha bahalı işləmələr, o cümlədən təbii dəri vəd edir. Cihazlar paneli tamamilə rəqəmsal olub. Ona sürücüyə tərəf baxan multimedia ekranı daxil edilib. Sürücü ilə sərnişin arasında əlavə arakəsmə var. Onun üzərində müxtəlif opsiyaların idarə edilməsi üçün düymələr var.

Mühərrik əvvəlki kimi təsir bağışlayan həcmdədir -  6,2-litr. Bu, köhnə atmosferli V8-in təkmilləşdirilmiş versiyasıdır. Onun hər silindrində iki klapan var. Güc isə 466-dan 502 a.g.-ə qədər artırılıb. Mühərrik iki muftası və 8-pilləsi olan avtomat robot Tremec ilə birgə çalışır.

Corvette Stingray-in əsasında yen platforma dayanır. Qabaq və arxa asılqanlarda bir cüt rıçaqı və yayı olan konstruksiyalar dayanır. Burada adaptiv amortizatorlar da mövcuddur ki, klirensi dəyişə bilir – qabaq hissə 5 sm yuxarı qaldırılır. Düzdür, bunun üçün əlavə pul ödəmək lazımdır.

Dörd porşenli güclü əyləc standart versiyaya daxil edilib.  Adaptiv gücləndirici hərəkət rejimindən asılıdır. Rejimlərin sayı da artıb. Zavod rejimlərdən başqa, buraya MyMode və Z mode rejimləri daxil edilib.

Daha güclü versiya istəyənlərə isə Z51 Performance dəsti daxil olub. Ona yeni asma, təkmilləşdirilmiş əyləc sistemi, Magnetic Ride amortizatorlar, elektron bloklayıcı daxildir. Bu cür Corvette ən sürətlidir. Yerindən 100 km/saata sürətlənmək 3 saniyədən az vaxt tələb edir. Adi versiyaların dinamikasının sirri isə açılmayıb. Corvette ABŞ-ın Kentukki ştatında istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Corvette 27.07.2019

Şərhlər


AD