Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Pagani-dən hiperkar Huayra Roadster BC

Pagani Automobili şirkəti özünün Huayra Roadster BC adlı ilk yeniliyinin sirrini açıb. Gözlədiyimizin əksinə olaraq, mühəndis və biznesmen Qoratsio Paqaninin icadı Huayra ailəsində ən yüngül olmadı. Lakin yaxşı göstərici əldə edildi. Yeni rodsterin çəkisi 1250 kq-dır. Bu, əlbəttə ki, üstü bağlı Pagani Huayra BC-dən (1218 kq) 32 kq ağırdır. Lakin indiki üstü açılan Huayra Roadster-dən (1280 kq) 30 kq yüngüldür.

Yeni rodster Mercedes-AMG bölməsində məxsusi olaraq Pagani üçün hazırlanmış benzin V12 6.0 twin-turbo mühərriki alıb. O, 802 a.g., 1050 Nm fırlanma anına malikdir. Dartqı gücü 7-pilləli robot Xtrac vasitəsilə arxa təkərlərə ötürülür.

Rodster BC-nin istehsalçıları bəyan edirlər ki, onlar əvvəlki Huayra-da ən yaxşı elementləri götürüblər və təkmilləşdirilməyə ehtiyacı olan yerləri diqqətlə nəzərdən keçiriblər. asılqan ikiqat rıçaqlı tökmə alüminiumdan, yaylardan, elektron idarəolunan amortizatorlardan ibarətdir. Əyləc sistemi Brembo şirkətinə məxsusdur: 398/36 və 380/34 mm (müvafiq olaraq qabaq və arxada) ölçüləri olan kömür keramikli əyləc diskləri, habelə 6- və 4-porşnli monoblok supportlar.

Bu yeniliyi Pagani şirkəti ilk avtomobilinin (superkar Zonda) debüt etməsinin 20 illik yubileyi münasibətilə istehsal edib. O vaxtdan bu günədək həmin model bir neçə dəfə təkmilləşdirilib, xüsusi versiyalar və xüsusi layihələr alıb. İlk versiya 450 a.g.-ə malik idi.

Kupe Huayra BC-dən cəmi 20 ədəd, rodster Huayra BC-dən isə 40 ədəd istehsal ediləcək. Yeniliyin qiyməti 3,5 milyon dollar olacaq. Güman edilir ki, bütün avtomobillər artıq öz sahiblərini tapıblar. Belə ki, layihə çoxsaylı zəngin müştərilərin şirkətə dəfələrlə müraciət etməsindən sonra həyata keçirilməyə başlayıb.

AUTO.AZ



teqlər:
Pagani, Pagani Huayra 24.07.2019

Şərhlər


AD