Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Ferrari 812 Superfast Stallone

Mansory-nin əməkdaşlarının Cenevrədə keçirilən avtomobil sərgisində Ferrari 812 Superfast-ı artıq nümayiş etdirdiklərinə baxmayaraq, o vaxt elə də çox adam bu modelə diqqət yetirməmişdi. Sərginin ziyarətçiləri, elə Mansory-nin öz mütəxəssisləri də şirkətin digər malları ilə, məsələn təkmilləşdirilmiş Bugatti Chiron ilə məşğul idilər. Lakin 812 Superfast diqqətə layiq nümunədir. O, alman atelyesində klassik modifikasiya dəsti alıb: banı, salonu və mühərriki tüninq olunub.

İtalyan superkarın xarici görünüşündə yeni karbon detallar peyda olub. Stallone adlanan bu dəstə qabaq splitter, arxa diffuzor, yeni hava çıxıntıları, kapot və arxa qanad alıb. Dəstə, həmçinin aşağı salınmış asılqan, yeni disklər (21-düym qabaq, 22-düym arxa), 265/30 və 355/25 ölçüləri olan şinlər daxil edilib.

Təkmilləşdirilmiş salon sarı çərçivəli təbii qırmızı və qara dəridən, alkantara detallardan, karbon lifindən ibarətdir. Ənənəyə uyğun olaraq, Mansory mütəxəssisləri salona öz loqotiplərini əlavə edib, qapı kandarlarına işıq yerləşdirib, alüminium pedallar, 812 Superfast modeli üçün məxsusi olaraq hazırlanmış yeni sükan quraşdırıblar.

Nəhayət, modifikasiya superkarın mühərrikinə də təsir edib: Ferrari-nin standart 6,5-litrlik atmosferli mühərriki indi 818 a.g. və 740 Nm fırlanma anına malikdir. Belə mühərrik avtomobilə 100 km/saata 2,9 saniyəyə sürətlənməyə imkan verir. maksimal sürət 340 km/saatdır.

AUTO.AZ

 



teqlər:
Ferrari, Ferrari 812 Superfast, Mansory 22.07.2019

Şərhlər


AD