Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus LX aqressiv idman paketi aldı

Adətən idman və Lexus LX sözləri bir-birinə uyğun gəlmirlər. Lakin yapon şirkəti hesab edib ki, flaqman yolsuzluq avtomobilinə sağlam aqressiya mane olmaz. Lexus LX alıcılarında opsional idman paketi əldə etmək imkanı yarandı.

İdman paketinə həm eksteryerin yenilənməsi, həm də salonda bəzi dəyişikliklər daxil olub. Bununla belə, yolsuzluq avtomobili orijinal radiator barmaqlığı və yeni bamperlər, habelə xrom yan güzgülər və 21-düymlük təkərlər alıb.

İnteryerdə qara dam və bahalı dəri ilə üzlənmiş oturacaqlar var. Bu dəri üç rəngdə olacaq - Black, Cabernet və eksklüziv Moonlight White. LX Sport-a, həmçinin opsional Luxury paketi quraşdırılır ki, ona ventilyasiya olunan və qızdırılan oturacaqlar, dördzonalı klimat-kontrol, qəcetlər üçün simsiz enerji yükləmə, proyeksiyalı displey, 19 dinamiki olan Mark Levinson akustik sistemi daxildir.

Sport paketi Lexus LX-in yalnız 3 sıra oturacaqlı versiyası üçün əlyetərlidir. Güc qurğusu yenilənməyib. Belə yolsuzluq avtomobili əvvəlki kimi 5,7-litrlik, 367 a.g. və 546 Nm fırlanma anı verən V8 ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürətlər qutusu və tam ötürücü sistemlə birgə çalışır.

İlkin məlumata əsasən, İdman paketini model ili dəyişdikdən sonra sifariş vermək olacaq. Satış isə sentyabr ayından başlayacaq.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX 20.07.2019

Şərhlər


AD