Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes AMG A 45 və AMG CLA 45 təqdim etdi

Hudvudda keçirilən sürət festivalında Mercedes-AMG şirkəti özünün kompakt modelləri olan А 45 və СLA 45-in sirrini açıb. AMG-nin iki yeni modeli təsir bağışlayan göstəriciləri ilə istehsal edilib. Bu göstəricilər həmin sinifdə rekord sayılır. Hər iki versiya turbolaşdırılmış, 2-litrlik, 4-silindrli, 415 a.g. və 500 Nm fırlanma anı verən mühərriklə təchiz edilib. Onlar ilk yüzlüyə cəmi 3,9 saniyəyə sürətlənirlər.

Sadə variant axtaranlar üçün Mercedes-AMG bir qədər zəif variant hazırlayıb – həmin mühərrik, lakin 382 a.g. və 480 Nm fırlanma anı. Hər iki mühərrik iki muftalı, 8-pilləli avtomat sürətlər qutusu və tam ötürücü 4Matic+ sistemi ilə təchiz edilib.

İlk yüzlüyə sürətlənməyə gəldikdə, zəif versiya bunu 4 saniyəyə həyata keçirir. Maksimal sürət isə burada 250 km/saatda məhdudlaşdırılıb. Güclü versiyada bu rəqəm 270 km/saatdır.

AMG-nin yeni modellərinin banı gücləndirilib. Mühəndislər mühərrikin altına yüngül alüminium lövhə yerləşdiriblər, lonjeron və qabaq dayaqların arasına isə əlavə güclü lövhə qoyublar. Avtomobilin qabaq və arxa hissələri arasında diaqonal dayaqlar banı daha sərt edir.

Tam ötürücü sistemin (Performance 4Matic+) əsas xüsusiyyətinə AMG-nin fırlanma anını idarə edən yeni sistemidir. O, arxa diferensialın üzərində yerləşdirilib.

Bundan əlavə, modellərin S versiyası xüsusi drift rejimi ilə təchiz ediliblər. Bu rejimi baza versiyaları üçün də sifariş etmək olar. O, Yürüş rejimi ilə hərəkət zamanı işə salına bilər.

AMG 45 ümumilikdə 6 hərəkət rejiminə malikdir: Comfort, Sport, Sport +, Slippery, Individual və Race. Sonuncu standart modellər üçün opsional olaraq sifariş edilə bilər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes A-Class, CLA-Class, AMG 17.07.2019

Şərhlər


AD