Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Təkmilləşdirilmiş Mercedes-AMG GLC 43

Flaqman sayılan GLC 63-ün restaylinqindən bir neçə ay sonra indeksi 43 olan krossover də təkmilləşdirildi. İndi krossoverlər mühərrikdən başqa digər elementlərinə görə böyük qardaşlarına bənzəyirlər.

Mercedes-AMG GLC 43 ilə eyni adlı kross-kupe arasında bandan başqa fərq yoxdur. Lakin krossoverlər əvvəlkilərdən çox fərqlənirlər. Məsələn, yenilik əvvəllər GLC 63-də quraşdırılan radiator barmaqlığı Panamericana, yeni optika və fərqli qazburaxma sistemi ilə təchiz edilib.

İnteryerdə yeni sükan, virtual idmansayağı cihazlar paneli, böyük 10,25-düymlük monitoru olan təkmilləşdirilmiş multimedia sistemi MBUX və bəzi yeni elektron funksiyalar peyda olub. Krossoverlər Energizing sistemi alıblar ki, bu sistem sürücünün əhvalını yaxşılaşdırmaq üçün ozü multimedianı, klimatı və salon işığını tənzimləyir.

GLC 43-ün mühərriki əvvəlki kimi qalıb – 3-litrik, iki turbo yükləyicili V6. Lakin mühərrik təkmilləşdirilmiş proqram və fərqli turbinlərlə təchiz edilib ki, bunun sayəsində at gücü 367-dən 390-a (fırlanma anı əvvəlki kimi 520 Nm) qədər çoxaldılıb.

Mühərrik əvvəllər də olduğu kimi, 9-pilləli avtomat sürətlər qutusu və tam ötürücü sistemlə birgə çalışır. 100 km/saata sürətlənmə əvvəlki kimi 4,9 saniyəyə həyata keçirilir.

Mercedes-Benz yeniliyi payız aylarının ortalarında satışa çıxarmağa hazırlaşır. Qiymətlər də elə o vaxtı səsləndiriləcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes GLC, AMG 14.07.2019

Şərhlər


AD