Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni BMW X6 təqdim edildi

İkinci nəsil BMW X6-nın təqdimatından 11 il sonra alman şirkəti nəhayət ki, idmansayağı yolsuzluq avtomobilinin üçüncü nəslini təqdim etdi.

BMW X6-nın yeni nəsli sələfindən daha aqressiv görünür. O, artıq BMW üçün ənənəvi olan yeni radiator barmaqlığı alıb və ölçüləri bir qədər böyüyüb. Bundan əlavə, model üçün hərəkət zamanı yanacaq barmaqlıq işıqları da təklif ediləcək.

Barmaqlıq nazik faralarla əhatə olunub və yeni bamperin üzərində yerləşir. Qabaq qanadlardakı ventilyasiya kəsikləri, spoylerə tərəf səlis əyilən damı, ventilyasiya olunan arxa bamperi, diodlu arxa fənərləri də qeyd etməmək olmaz.

BMW Х6 2020 sələfindən daha böyük alınıb – o, 26 mm uzun (4935), 15 mm enli (2004) və 6 mm alçaqdır (1696). Yolsuzluq avtomobilinin təkər bazası daha böyük alınıb – o, 42 mm böyüyərək 2975 mm təşkil edib. Bu da arxa oturacaq sərnişinləri üçün daha geniş yer deməkdir. Baqajın həcmi 580 litrdir, arxa oturacaqlar yığıldıqda isə bu rəqəm 1530-a çatır.

Yeniliyin interyeri X5 ilə uyğunlaşır – o, idmansayağı dəri oturacaqlarla, 12,3-düymlük rəqəmsal cihazlar paneli ilə, eyni ölçüdə informasiya-əyləncə sistemi ilə təchiz edilib.

Əsas opsiyalara isə dörd zonalı klimat-kontrol, isitmə və soyutma funksiyası olan stəkan tutacaqları, işıqlandırılan panoram dam, 20 ədəd dinamiki olan Bowers & Wilkins Diamond audiosistemi daxildir.

Əlbəttə, sürücüyə yardım edən sistemlər də təklif ediləcək. O cümlədən kor zonaların monitorinqi sistemi, bir zolaq ilə hərəkət etmə sistemi, arxa hərəkətə nəzarət edən sistemi, toqquşma barədə xəbərdarlıq edən sistemi, qabaq toqquşmanın qarşısını alan sistem, piyadalara nəzarət edən sisteim, aktiv kruiz-kontrol və s.

Yeni BMW X6 müştərilərinə bir sıra güc qurğusu təklif ediləcək. Onlardan biri də 3-litrlik, 6-silindrli, iki turbo yükləyicili, 340 a.g. və 447 Nm fırlanma anı verən, 8-pilləli avtomat sürətlər qutusu və tam ötürücü ilə birgə işləyən benzin mühərrikdir. Bu güc qurğusu ilə yolsuzluq avtomobili yerindən 100 km/saata  5,2 saniyəyə sürətlənir.

Ən güclü versiya isə 4,4-litrlik, 530 a.g. və 750 Nm verən V8 mühərriki alıb ki, o avtomobilə ilk yüzlüyü 4,1 saniyəyə yığmağa imkan verir. Bundan əlavə, iki dizel mühərriki də əlyetərli olacaq – 400 a.g. və 760 Nm və ya 265 a.g. və 620 Nm verən 3-litrlik, 6-silindrli mühərrik.

AUTO.AZ



teqlər:
BMW, BMW X6 10.07.2019

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat