Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

İlk hiperkar Lotus

Lotus şirkəti 11 ildən sonra ilk yeniliyinin sirrini açdı. Lotus Evija Britaniya markasının tarixində təkcə ilk güclü sportkar deyil, həm də tam elektrikli avtomobildir.

Bundan əlavə, şirkət Evija-nı dünyada ümumi istifadə üçün nəzərdə tutulan yol üçün istehsal edilmiş ən güclü seriyalı avtomobil adlandırır. Kupe 4 elektrik mühərriki ilə təchiz edilib. Hər təkər üçün bir mühərrik. Onlar ümumilikdə 2000 a.g. və 1700 Nm fırlanma anı verir. Dəqiq dinamik xarakteristika barədə hələlik məlumat verilmir: hiperkar hələ ki, tam testdən çıxmayıb.

Lakin Lotus təqribi hesablamalar aparıb. Hiperkarın istehsalçılarının fikrincə (onların arasında təkcə Lotus-un deyil, həmçinin Formula E bolidlərinin istehsalında iştirak etmiş mühəndislər var), 1680 kq çəkisi olan Evija 100 km/saata 3 saniyəyə, 300 km/saata 9 saniyəyə, 100-dən 200 km/saata da cəmi 3 saniyəyə sürətlənməlidir. Maksimal sürət 320 km/saat olacaq.

Lotus Evija orta mühərrikli kupe kimi görünür, lakin nəzərə alsaq ki, onun 4 mühərriki var, yeniliyi orta mühərrikli adlandırmaq düz deyil. Düzdür, Lotus bəzi məsələləri qoruyub - əvvəllər adi mühərrikin yerləşdiyi yerdə indi akkumulyator dayanır. Tez çıxarıla bilən blokdakı enerji əgər avtomobil sakit hərəkət edirsə 400 km məsafəyə bəs edə bilər. avtomobildə 5 hərəkət rejimi var: Eco, City, Tour, Sport və Track. Sonuncuda batareya 7 dəqiqəlik tam yürüşə kifayət edir.

Akkumulyatorlar 800 kilovatlıq qurğudan doldurula bilər. Britaniyalılar bəyan ediblər ki, Evija dünyada ən tez enerji ilə doldurula bilən elektrokardır. Enerji ilə tam doldurulmaya isə cəmi 9 dəqiqə vaxt sərf olunur.

Lotus Evija aktiv aerodinamik elementlərlə, adaptiv amortizatorlarla, 21-düymlük təkər diskləri, Pirelli Trofeo R şinləri, karbon-keramik əyləc diskləri AP Racing ilə təchiz edilib.

Evija üçün kifayət qədər böyük məbləğ ödəmək lazım olacaq. İlk avtomobillər gələn ilin əvvəllərində peyda olacaqlar. Lakin istehsalçılar artıq sifariş qəbul etməyə başlayıblar. İlk depozit kimi 250 min funt tələb olunur. Hiperkarın baza versiyasının qiyməti isə 1,7 milyon funtdur. Evija cəmi 130 ədəd istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Lotus, Lotus Evija 07.07.2019

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat