Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi sedan S8-i təqdim etdi

Audi şirkəti 2020-ci model ilinə məxsus idman sedanı S8-i təqdim edib. O, iki il əvvəl təkmilləşdirilmiş A8 ailəsinin ən üstün variantı olub.

Yeniliyin kapotu altında 4-litrlik, iki turbo yükləyicili, 563 a.g. və 800 Nm fırlanma anına malik V8 dayanır. Mühərrikin gücünün və effektivliyinin artırılmasına 48-voltluq yumşaq hibrid tenologiyası sayəsində nail olunub. Bu sistemə Start/Stop funksiyası da daxildir.

Mühərrikin gücü qabaq təkərlərə idman diferensialı olan tam ötürücü sistem vasitəsilə ötürülür. Aşağı sürətdə manevri yaxşılaşdırmaq və yüksək sürətdə dayanıqlılığı artırmaq üçün bütün təkərlərin idarəedilməsi sistemi də nəzərdə tutulub.

Standart komplektasiyada aktiv asılqan var ki, o, komfort rejimdə banın 2,5 dərəcə əyilməsini təmin edir, maksimal əyilmə isə 5% təşkil edir. O cümlədən Audi-nin xüsusi texnologiyası təkərlərin hər birini bir-birindən asılı olmayaraq qaldırıb-endirmək imkanı yaradır və bununla da səlis hərəkəti təmin edir.

S8-in xarici görünüşü Audi S-badged-ə uyğundur, o cümlədən daha idmansayağı qabaq hissə, yeni təkər diskləri, unikal nişanlar, 4 ədəd qazburaxma borusu. Salonda alüminium işləmələr, üzərində rombşəkilli tikişləri və S nişanı olan dəri oturacaqlar, qabaq paneldə karbon əlavə, sensorlu multimedia ekranı, klimat-kontrol, həmçinin Audi Virtual Cockpit rəqəmsal cihazlar paneli bloku var.

AUTO.AZ

 



teqlər:
Audi, Audi S8 05.07.2019

Şərhlər


AD