Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 8 Series Gran Coupe

BMW bir qədər əvvəl 6 Series Gran Coupe-ni təqdim etmişdi, indi isə 8 Series üçün analoji banla model sıralamasını genişləndirmək qərarına gəlib  - yenilik tanınan qabaq hissə, enli radiator baramqlığı və lazer optikası olan adaptiv faralar alıb.

Standart səkkizliklə bənzər dizayna baxmayaraq, Gran Coupe-nin qabaq şüşəsi daha az əyri, damı daha hündürdür. Təbii ki, iki arxa qapı əlavə edilib, panarama şüşə lyuk isə standart komplektasiyaya daxil edilib. M850i xDrive Gran Coupe opsional olaraq karbon lifindən dam ilə təklif ediləcək.

Kupe ilə müqayisədə yenilik 228 mm uzun, 30 mm enli, 56 mm hündür alınıb. Arxa oturacaq sərnişinləri üçün daha geniş yer düzəlmək məqsədilə təkər bazası da 200 mm böyüdülüb, hündürlük 86 mm artırılıb. İndi bu oturacaqdakı sərnişinlərin ayaqları üçün yer 180 mm böyüyüb. Baqajın həcminə də 20 litr əlavə edilib.

Gran Coupe-nin interyeri, demək olar ki, adi səkkizliyi təkrarlayır – 12,3-düymlük rəqəmsal cihazlar paneli, 10,25-düymlük informasiya-əyləncə sistemi, isitmə sistemi olan oturacaqlar, panorama lyuk, yeni displey, smartfon üçün simsiz enerji yükləmə, 16 dinamiki olan Harman-Kardon audiosistemi.

Gran Coupe fəal təhlükəsizlik sistemi ilə təchiz edilib – aktiv kruiz-kontrol, kor zonaların monitorinqi, zolağa nəzarət, dairəvi nəzarət kamerası, parklama yardımçısı, arxa köndələn hərəkət barədə xəbərdarlıq, sürət məhdudlaşdırıcı sistem.

BMW 8 Series Gran Coupe müxtəlif mühərriklərlə təklif ediləcək, o cümlədən 340 a.g. və 500 Nm fırlanma anı verən, 3-litrlik, 6-silindrli turbolaşdırılmış mühərrik. O, 8-pilləli avtomat sürətlər qutusu və tam ötürücü sistemlə birgə çalışır. Bu versiya yerindən 100 km/saata 4,9 saniyəyə sürətlənir. Maksimal sürət isə elektronika ilə 250 km/saatda məhdudlaşdırılıb.

Bu mühərrikin dizel versiyası 840d xDrive adlanacaq – o, 320 a.g., 600 Nm fırlanma anına malikdir, yerindən 100 km/saata benzin versiyadan fərqli olaraq 0,2 saniyə gec sürətlənir. Bundan əlavə, M8 Gran Coupe bir qədər sonra M850i xDrive modifikasiyasında da buraxılacaq. O, 530 a.g. və 750 Nm fırlanma anına malik 4,4-litrlik, iki turbo yükləyicili V8 ilə təchiz ediləcək. Bu versiyada avtomobil yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 8-Series 30.06.2019

Şərhlər


AD