Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi flaqman avtomobil Q7-ni yeniləyib

Audi şirkəti özünün flaqman yolsuzluq avtomobili Q7-nin üzərində kifayət qədər geniş feysliftinq həyata keçirib və 2020-ci model ilinə aid avtomobil artıq sentyabrın ortalarından seriyalı istehsala daxil olmalıdır.

Audi Q7 xarici görünüşündə kontur dizaynlı yeni qabaq faralar, opsional olaraq lazerli işıqlandırma ilə diodlu HD Matrix texnologiyası alıb. Arxa hissə də yenilənib – arxa fənərləri yeni qrafika ilə birləşdirən yeni xrom xətlər peyda olub.

Yolsuzluq avtomobilini aktiv elektro-mexaniki sabitləşdirmə sistemi ilə təchiz ediblər. O, səlis olmayan yollarda banı tərpənməyə qoymur, döngələrdə isə sistem avtomobili bir qədər əyir.

Həmçinin yeni Q7 asta sürətdə hərəkətdə olarkən arxa təkərlərin qabaq təkərlərə əks istiqamətdə 5 dərəcə dönməsini təmin edən tam sükan idarəetməsi də ala bilər. Habelə bu sistem avtomobilin yüksək sürətdə dözümlülüyünü artırmaq üçün arxa təkərlərin qabaq təkərlərlə eyni istiqamətdə olması təmin edir.

Modelin interyerində qabaq panelin mərkəzində böyük ekranı yerləşdirilmiş yeni informasiya-əyləncə sistemi var. Virtual Audi kokpit artıq baza komplektasiyasında mövcud olacaq. Opsional olaraq isə axan virtual displey sifariş etmək olar.

Bazardan asılı olaraq, Audi Q7 ya 228, ya da 282 a.g. verən 3-litrlik dizel, o cümlədən 335 a.g. verən 3-lirtlik benzin mühərriklərlə satılacaq. Mühərriklər 8-pilləli avtomat sürətlər qutusu, tam ötürücü sistem, 48-voltluq hibridlə birgə çalışacaq. Tezliklə hibrid versiya da işıq üzü görəcək.

AUTO.AZ



teqlər:
Audi, Audi Q7 28.06.2019

Şərhlər


AD