Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche-dan təkmilləşdirilmiş model

Porsche 2020-ci model ilinə aid yeni 718 Boxster Spyder və 718 Cayman GT4-ü təqdim edib. Avtomobillər 718 model sırasında üstün yer tutmaq üçün hazırlanıblar. Onlar 420 a.g. və 420 Nm fırlanma anına malik, 4-litrlik, 6-silindrli atmosferli mühərrik alıblar.

Mühərrik 6-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışırlar. Hər iki model yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Spyder-in maksimal sürəti 301 km/saat, ZGTZ4-ün isə 304 km/saatdır. Sonuncu Nyurburqrinq dairəsini sələfindən 10 saniyə tez başa vurur.

Porsche-nin yeni mühərriki silindrlərlə adaptiv idarəetmə sistemi ilə təchiz edilib ki, o, yanacaq sərfiyyatını azaltmaq üçün iki silindr blokundan birində yanacaq sıçratma prosesini müəyyən müddətə dayandırır.

Mühərriklə yanaşı, xarici görünüşdə də müəyyən dəyişiklik edilib - 718 Cayman GT4 arxa palçıq qoruyucu və tərpənən diffuzorla təchiz edilib ki, bu da hava müqavimətinə mane olmadan sıxma gücünü 50% artırmağa imkan verib.

718 Spyder, öz növbəsində, unikal dalğavari arxa qapağa, avtomatik arxa spoylerə malikdir. Bu, 120 km/saat sürətlə hərəkətdə olarkən açılıb-bağlana bilir. Boxster, həmçinin ilk dəfə tərpənən diffuzor alıb.

Salonda müştərilər sürətlər qutusunu keçirmək üçün qısa tutacaq, yeni GT sükan, alkantara ilə üzlənmiş oturacaqlar və s. görə bilərlər.

AUTO.AZ



Şərhlər


AD