Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford-dan yeni krossover

1990-cı illərin sonlarında Ford Puma Avropada ikiqapılı kupe formasında istehsal edilirdi. İndi isə Puma Avropa bazarlarına gözəl dizaynı olan subkompakt krossover kimi daxil olur.

Yeni Puma-da ilk valehedici xüsusiyyət onun çox kiçik ölçülərə malik olmasıdır. Düzdür, Ford hələlik ölçülər barədə dəqiq rəqəmlər deməyib, lakin gözlə göründüyü kimi, yenilik bazasında yığıldığı Fiesta-dan bir qədər böyükdür.

İlkin fotolar Puma-nı diod işıqlı faraları və arxa fənərləri olan ST Line X versiyasında nümayiş etdirir. Qabaq hissədə smayliki xatırladan və sanki avtomobilin daim xoşbəxt olduğunu göstərə böyük qara radiator barmaqlığı var.

Modelin interyeri, demək olar ki, tam Fiesta-dan götürülüb, o cümlədən artıq baza versiyasına daxil ediləcək və Apple CarPlay və Android Auto-nu dəstəkləyən, 8-düymlük ekranı olan informasiya-əyləncə sisteminə qoşulan 12,3-düymlük rəqəmsal cihazlar paneli. Həmçinin 10 dinamiki olan audiosistem də mövcuddur.

Puma-nın digər əsas xüsusiyyətləri bunlardır: daha çox təhlükəsizlik sistemi, o cümlədən qarşı toqquşmadan qaçan, piyadaları görən, dərhal tormozlama, şinlərdəki təzyiqi ölçən, hərəkət zolağına nəzarət edən elektron sabitləşdirici,, parklama, 180 dərəcə müşahidə zonası olan arxa kamera və s.

Ford Puma-nın kapotu altında da yeni texnologiya dayanıb – krossover 1-litrlik, 3-silindrli, 48-voltluq turbolaşdırılmış yumşaq hibridlə təchiz edilib. O, versiyadan asılı olaraq 123 və ya 153 at gücünə malikdir və 6-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Bir qədər sonra yenilik üçün dizel mühərrik EcoBlue və avtomat sürətlər qutusu da əlçatan olacaq. Lakin model üçün tam ötürücü nəzərdə tutulmayıb.

AUTO.AZ



teqlər:
Ford, Ford Puma 24.06.2019

Şərhlər


AD