Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş yolsuzluq avtomobili Lexus GX

Lexus şirkəti yolsuzluq avtomobili GX-i təkmilləşdirmək qərarına gəlib. Bu model sonuncu dəfə 2014-cü ildə yenilənmişdi. Yeniliyin üslubu bir qədər dəyişilib – böyük radiator barmaqlığının ölçüsü əvvəlki kimi qalıb, lakin fərqli dizaynda. Onun ətrafında isə yeni diodlu qabaq faralar var.

Premial brend olan Toyota indi müştərilərə yeni opsional paket – Sport Design təklif edir. Ona radiator üçün eksklüziv  aşağı barmaqlıq, fərqli yan güzgülər, arxa diffuzor, qazburaxma boruları üçün tutqun qara başlıqlar və qırmızı arxa fənərlər daxildir.

Çox güman ki, əsas yenilik yolsuzluq paketi olub. Ona ətraf görünüş üçün bir neçə kamera, sürətlər qutusunu soyudan sistem, yanacaq çəninin qoruyucusu və xüsusi Multi-Terrain Select və Crawl Control yolsuzluq sistemləri daxildir.

Lexus GX-in kapotu altında elə həmin 305 a.g. və 446 Nm fırlanma anı verən 4,6-litrlik V8 dayanır. O, 6-pilləli avtomat sürətlər qutusu, diferensial və tam ötürücü daxildir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus GX 22.06.2019

Şərhlər


AD