Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni krossoverin sirrini açdı

Hetçbək Ceed, universal Sportswagon və möhtəşəm ProCeed-dən sonra XCeed kompakt avtomobillər ailəsində yeni krossoverdir. Kia tərəfindən məhz Avropa üçün istehsal edilmiş krossover XCeed model sıralamasında Stonic-dən öndə gedir, Sportage-dən isə sonra gəlir. Sonuncudan fərqli olaraq, o, tam ötürücülü deyil.

XCeed hetçbək Ceed-in geniş versiyasıdır və onun yer səthi ilə arasında olan məsafə artırılıb. Əslində isə bu iki model arasında fərq çoxdur. XCeed hetçbəkdən 85 mm uzun, 43 mm hündür, 26 mm enlidir. Bu da krossoverin salonunu, xüsusən də arxa oturacaq sərnişinləri üçün daha geniş edib.

Daha bir vacib fərqlərdən biri də yer səthi ilə məsafənin 42 mm artırılmasıdır. Bu da daha böyük disklər sayəsində mümkün olub (XCeed 16- və 18-düymlük təkər diskləri ilə satışa çıxarılacaq). Kia-nın mühəndiskləri yaylar üzərində də çalışıblar və onları qabaq tərəfdə 7%Ş arxa tərəfdə isə 4% daha yumşaq ediblər. Hərəkət zamanı olan səs və vibrasiya isə arxa tir üçün yeni dinamik amortizator sayəsində azalıb.

XCeed-in salonu da hetçbəkə çox bənzəyir, lakin o, opsional olaraq 12,3-düymlük rəqəmsal cihazlar paneli alıb. Lakin Kia söz verib ki, bu cihazlar panelini bütün modellərində tətbiq edəcək.

Təəccüblü deyil ki, XCeed-in kapotu altında elə həmi güc qurğuları dayanacaq – Ceed-dən mənimsənilmiş 120 a.g. və 172 Nm fırlanma anı verən 1-litrlik, 3-silindrli turbolaşdırılmış mühərrik, 140 a.g. və 242 Nm fırlanma anı verən 1,4-litrlik, 4-silindrli turbolaşdırılmışd mühərrik, habelə Ceed GT və ProCeed-dən götürülmüş 204 a.g. və 265 Nm gücü olan 1,6-litrlik mühərrik. Bütün mühərriklər 6-pilləli mexaniki və ya iki muftalı 7-pilləli avtomat sürətlər qutusu ilə birgə çalışır.

Dizel mühərrik də əlçatan olacaq – 115 a.g. və 280 Nm və ya 136  a.g. və 280 Nm gücə malik 1,6-litrlik mühərrik. Bu versiyalar 6-pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Sürətlər qutusu robot olduqda isə fırlanma anı müvafiq olaraq 300 və 320 Nm-ə çatır.

AUTO.AZ



teqlər:
KIA, Kia XCeed 20.06.2019

Şərhlər


AD