Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault Clio – yürüş versiya

Renault şirkəti Qran-pri Fransa Formula 1 yarışından istifadə edərək kompakt hetçbək Clio - Cup, Rally və RX nümayiş etdirib. Modellərin hər biri müəyyən qədər fərqlənir, lakin onlar RS Line-a əsaslanıblar və idarəedilməyən Bos asılqanı, yüksək diferensial, modernləşdirilmiş soyutma sistemi ilə təchiz ediliblər.

Avtomobil ya 1,3-litrlik, 4-silindrli turbolaşdırılmış mühərriklə təchiz edilir. Hər bir yürüşün qaydalarına uyğun olaraq, bu mühərrik 168-dən 177-dək a.g. və  280-dən 320-dək Nm fırlanma anına malik olur. Gücdən asılı olmayaraq, mühərriklərin hamısı 5-pilləli sekvental sürət qutusu və Sachs mufta ilə birgə çalışır.

Renault-dan bildiriblər ki, bütün versiyalar tam yürüş avtomobilidir və konkret tapşırıqlar üçün hazırlanıb. Maraqlıdır ki, Renault müştərilərə təkmilləşdirmə komplekti təklif edəcək. Bunun sayəsində avtomobili Cup modelindən Rally-yə və ya RX-ə, yaxud da əksinə çevirmək olacaq. Bu, vəsaitə qənaət etməyə və müxtəlif yol şəraitində idarəetmədən həzz almağa kömək edəcək.

Güman olunur ki, Renault gələcəkdə daha ətraflı məlumat verəcək. Lakin modellər artıq oktyabrdan satışa çıxarılmalıdır və 2020-ci ilin yürüş mövsümünə hazır olmalıdır.

AUTO.AZ



teqlər:
Renault, Renault Clio 16.06.2019

Şərhlər


AD