Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes GLB

Mercedes-Benz şirkəti 7-yerlik yeni yolsuzluq avtomobili GLB-ni rəsmən təqdim edib. Yenilik 2019-cu ilin sonlarında satışa çıxarılacaq. Adından da göründüyü kimi, tam yeni yolsuzluq avtomobili Mercedes-Benz GLB şirkətin GLA və GLC model sıralaması arasında yerləşəcək. Onun təkər bazası 2830 mm-dir. Beləliklə, yolsuzluq avtomobilinin 7-yerlik olmasına baxmayaraq, o kompakt avtomobildir.

Oturacaqlara gəldikdə, müştərilər üçüncü sırada iki yığılan bilən oturacaq seçə bilərlər. Onlar üçün yan təhlükəsizlik yastıqları, içki qabları tutacaqları, əşyaların saxlanılması üçün bir neçə yer və USB portlar nəzərdə tutulub. Müştərilər 5-yerlik versiya da əldə edə bilərlər. Burada ikinci sıra  oturacaqlar yığıla bilir. Bu oturacaqların söykənəcəyi də tənzimlənə bilir.

GLB-nin xarici görünüşü buyaxınlarda təqdim edilmiş konseptə demək olar ki, uyğundur – dördkünc faraları və müxtəlif variasiyalarda barmaqlıq/bamper konstruksiyası olan qabaq ban hissə, güclü yan siluet. Opsional olaraq diodlu High Performance faraları da quraşdırmaq mümkündür.

GLB-nin salonunda iki böyük ekranı olan MBUX informasiya-əyləncə sistemi var. Avtomobil, həmçinin bəzi avtonom sistemlər (məsələn, parklama), hərəkət zolağını dəyişməyə kömək edən fəal yardımçı və fırlanma anının bölünməsinə və hərəkət rejiminin seçilməsinə (Eco, Comfort, Sport və Оff-Road) imkan verən tam ötürücü alıb.

Mercedes-Benz GLB ABŞ-da təqdim edilib və burada bir mühərrik var – 221 a.g. və 350 Nm fırlanma anı verən 2-litrlik, 4-silindrli mühərrik. O, 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Yolsuzluq avtomobili yerindən 100 km/saata 6,9 saniyəyə sürətlənir.

Avropalı müştərilər üçün mühərrik seçimi olacaq, o cümlədən dizel, hibrid versiyalar. Bir qədər sonra isə yeniliyin idman AMG versiyası da işıq üzü görəcək. Bu barədə şirkət sonra məlumat verəcək. Qiymət də hələlik açıqlanmayıb.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes GLB 11.06.2019

Şərhlər


AD