Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ultima 1200 güclü hiperkar təqdim edib

Ultima şirkəti əl ilə yığılan hiperkarlarla məşhurdur. İndi isə o, sonuncu modeli olan RS-i bazara çıxarmağa hazırdır. Çox güman ki, Ultima RS Hudvudda keçiriləcək sürət festivalında təqdim ediləcək, müştərilər isə modeli idmandan hiperkaradək olan bir neçə konfiqurasıyada sifariş edə biləcəklər.

RS-in mühərriki banın arxa hissəsində yerləşdirilib və Chevrolet-dən LT V8 güc qurğusu bazasında yığılıb. Baza versiyası LT1 modifikasiyasında 480 a.g.-ə malikdir.

Daha çox məhsuldarlıq istəyən müştərilər isə 650-güclü LT4 və ya 800 a.g. olan 6,5-litrlik LT5 seçə bilərlər. Nəhayət, daha çox təkid edənlər 1200 a.g.-ə malik HP LT5 ala bilərlər.

Mühərrikdən asılı olaraq, Ultima RS-in çəkisi 930 kq-a çatır. LT1 yerindən 100 km/saata, - hətta 480-güclü mühərriklə, - cəmi 3 saniyəyə sürətlənir, maksimal sürət isə 290 km/saatdır.

Daha güclü LT4 bu əməliyyatı 2,5 saniyəyə (maksimal sürət 337 km/saat), 800-güclü LT5 2,3 saniyəyə (maksimal sürət 402 km/saat) sürətlənir. Xüsusi versiya sayılan 1200-güclü HP LT5 barədə isə məlumat verməyiblər, lakin bunu bilmək üçün çox ağıllı olmaq lazım deyil, o, Bugatti və Koenigsegg ilə rəqabət aparacaq.

RS-in bütün mühərrikləri Porsche-yə aid 6-pilləli mexaniki sürət qutusu ilə birgə çalışacaqlar. Bu isə idarəetməyə daha çox həzz qatır. Əyləc sistemi 322 mm-lik xüsusi disklərdən və 4-porşnli supportlardan ibarətdir. Lakin daha güclü versiyalarda 362 mm-lik disklər və 6-porşnli supportlar quraşdırılır.

AUTO.AZ



teqlər:
Ultima, Ultima RS 10.06.2019

Şərhlər


AD