Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni sedan K7-nin tizerini təqdim edib

Kia şirkəti təkmilləşdirilmiş ikinci nəsil yeni sedan K7-nin tezliklə təqdim ediləcəyi barədə məlumat verib. O, həmçinin Şimali Amerikada Cadenza adı ilə satılır.

K7-nin xarici görünüşü, o cümlədən radiator barmaqlığı ilə birləşən yeni faralar sayəsində indi daha səlisdir. Qabaq bamperin aşağı hissəsi də yenilənib, arxa fənərlər yeni forma alıb, onların arasında nazik xətt peyda olub.

Daha çox interyer dəyişib, yeni cihazlar paneli və mərkəzi konsol alıb. Yeni ventilyasiya çıxıntıları üzərində indi böyük sensorlu ekranı olan informasiya-əyləncə sistemi quraşdırılıb. Kia K7, həmçinin yeni klimat-kontrol bloku və sürət qutusunu tutacağını alıb.

Güc qurğusuna gəldikdə, Kia hələlik ətraflı məlumat vermir. Lakin istisna edilmir ki, sırada əvvəlki mühərriklər qalacaq, o cümlədən 290 a.g. verən 3,3-litrlik V6. O, 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışacaq.

AUTO.AZ



teqlər:
KIA, Kia K7, Kia Cadenza 08.06.2019

Şərhlər


AD