Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ən yeni BMW M8

Çoxdan gözlənilən BMW M8 nəhayət ilk dəfə dünyaya təqdim edilib. Bavariyalılar sportkarı təkcə kupe formasında deyil, həmçinin kabriolet M8 Convertible və iki daha məhsuldar versiyada - M8 Coupe Competition və M8 Convertible Competition istehsal ediblər.

Standart kupenin və kabriolet M8-in kapotu altında 592 a.g. və 750 Nm fırlanma anına malik, 4,4-litrlik, ikili turbo yükləyicisi olan V8 dayanır. Competition versiyası isə 617 a.g.-ə malik eyni mühərriklə təchiz edilib.

M8-in bütün modelləri təkmilləşdirilmiş tam ötürücü xDrive sistemi alıb və 8-pilləli avtomat sürət qutusu Steptronic ilə birgə çalışır. Bu, sportkara yerindən 100 km/saata kupe banında 3,3 saniyəyə, kabriolet banında isə 3,4 saniyəyə sürətlənmək imkanı verir. Competition versiyası bu göstəricilərdən 0,1 saniyə tez sürətlənir.

M8-in tam ötürücü sisteminə aktiv diferensial və iki idarəetmə rejimi - 4WD və 4WD Sport daxildir. DSC sistemini söndürdükdə 2WD – arxa ötürücünü seçmək olar.

BMW, xüsusən adaptiv amortizatorları olan asılqan tənzimləmələri və elektromexaniki sükan idarəetməsi ilə qürurlanır. Asılqanın əsas elementlərinə, həmçinin xaç formasında polad detal, arxa oxda alüminiumdan köndələn dayaq və davamlı gücləndirilmiş sabitləşdiricilər daxildir.

Müştərinin karbon-keramik əyləci seçib-seçməməsindən asılı olmayaraq, bütün modellər inteqrə edilmiş əyləc sistemi ilə təchiz edilib ki, o, əyləclərin aktivasiyası, əyləclərin gücləndirilməsi və əyləclərin idarəetməsi funksiyalarını birləşdirir. Sürücülər əyləc pedalını hissə etmək üçün iki rejimi seçə bilərlər, onlardan biri rahat sürmə, digəri isə idman idarəetməsinə aiddir.

Nəhayət, bütün modellərin interyeri aşağıdakı standart funksiyalarla təchiz edilib – Head-Up displeyi, sürücü yardımçısı, parklama, habelə BMW Live Cockpit Professional. Mərkəzi konsolda M düyməsi var ki, o, idarəetmə rejimini seçməyə imkan verir – adi versiyalarda “Yol” və “İdman”. Competition variantında bunlara “Trek” rejimi də əlavə edilib.

AUTO.AZ



teqlər:
BMW, BMW 8-Series, M8 07.06.2019

Şərhlər


AD