Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən yeni universal A6 Allroad

Ötən il Audi şirkəti ilk dəfə yeni nəsil A6 təqdim etmişdi. İndi isə onun yolsuzluq versiyasının – Allroad-un vaxtı gəlib çatıb. Xüsusi versiya Allroad modelinin 20 illik yubileyi münasibətilə buraxılıb. O, ilk dəfə 1999-cu ildə istehsal edilib və iyun ayından etibarən yalnız Avropada satışa çıxarılacaq.

Yolsuzluq avtomobili baza versiyadan 45 mm hündür alınmış klirenslə fərqlənir. Avtomobil, həmçinin adaptiv pnevmo asılqan ilə təchiz edilib ki, o, klirensi yol şəraitindən asılı olaraq qaldırıb endirməyə imkan verir.

Audi A6 Allroad enişdə və yoxuşda xüsusi idarəetmə sistemi ilə təchiz edilib. Bu sistemi sürəti daimi olaraq 30 km/saatda saxlayır. O, həmçinin enişlər üçün nəzərdə tutulan xüsusi əyləc sistemi alıb.

Yeniliyin kapotu altında 3-litrlik, sadə versiyada 228 a.g. və 500 Nm fırlanma anı, orta güclü Quattro 50 TDI versiyada 282 a.g. və 620 Nm, tam güclü Quattro 55 TDI versiyada isə 349 a.g., 700 Nm verən, turbo yükləyicili hibrid V6 dayanır. Sonuncu 0–dan 100 km/saata 5,2 saniyəyə sürətlənir. Güc qurğuları 8-pilləli avtomatla birgə çalışır.

AUTO.AZ

 



teqlər:
Audi, Audi A6 05.06.2019

Şərhlər


AD