Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan 800-güclü Mercedes-AMG GT

Beşqapılı Mercedes-AMG GT 63 S-in 4-litrlik turbo V8 mühərriki 639 a.g. və 900 Nm gücə malikdir ki, o, avtomobilə yerindən 100 km/saata 3,2 saniyəyə sürətlənməyə imkan verir. Bu modelin alıcıları arasında “istənilən halda az olacaq” deyənlər də var. Məhz onlar üçün Brabus atelyesi 800 indeksi (tam 800 GT 4) olan hetçbək yaradıb – tapmaq çətin deyil, buradakı rəqəm gücü göstərir.

Əsas əlavələr: axın müqaviməti aşağı salınmış paslanmayan metaldan idman qazburaxma sistemi, 90 mm diametri və tənzimlənən klapanları olan kömür plastikdən titan qazburaxma boruları. Sürücü mühərrikin səsi arasında özü seçim edə bilər - sakit rejim Coming Home və səs-küylü rejim Sport.

Biturbo səkkizlik PowerXtra B40S-800 paketi alıb. Ona daha böyük kompressorlar və 1.6 barlıq sıxma təzyiqi daxildir. Nəticə: 800 a.g. və 1000 Nm. Belə güc ilə AMG GT yerindən 100 km/saata 2,9 saniyəyə sürətlənir. Maksimal sürət isə əvvəlki kimi 315 km/saatdır.

Avtomobil kömür plastikdən aerokit və 21- və 22-düymlük diametri olan (qabaq/arxa) Brabus Monoblock Z Platinum Edition təkər diskləri ilə bəzədilib. Salonda ağ tikişləri və alkantara əlavələri olan qara dəri, pedallarda alüminium üzlüklər, üzərində Brabus loqotipi olan paslanmayan metaldan kandarlar var.

Şirkətdən bildiriblər ki, Brabus 800-ü ya hazır avtomobil kimi sifariş etmək, ya da GT 63 S-i bu paketlə təkmilləşdirmək olar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes AMG-GT, Brabus 01.06.2019

Şərhlər


AD