Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

GM, 20 mindın çox CTS və CTS-V modellərini çağırır

Amerikan avtoqiqantı General Motors, 20 mindən çox Cadillac CTSCTS-V modellərini texniki problem səbəbindən çağırır. Bu qərara səbəb, sedan və universalın alətlər paneli olub. Associated Press (C) bildirir ki, istintaqın nəticəsinə görə onların quraşdırılması təhlükəsizlik tələblərinə cavab vermir.

ABŞ-ın dövlət orqanlarının apardığı istintaq göstərib ki, sürücünün yanında oturan sərnişin təhlükəsizlik kəmərini bağlamadığı halda qəza zamanı bu alətlər paneli onun ayaqlarından ciddi zədə almasına səbəb ola bilər. Baxmayaraq ki, amerikan yol təhlükəsizliyi qanunu avtomobildə olan hər kəsin təhlükəsizklik kəmərini bağlamasını yazır, GM avtomobili çağırmaq qərarı alıb.

Çağırış, hardasa 5000 2009-cu ildə istehsal olunmuş və 15 000 2010-cu ildə istehsal olunmuş hər iki modifikasiyadan olan avtomobilə təsir edəcək. GM kompaniyası çağırılan avtomobillərin sahiblərinə 2010-cu ilin oktyabr ayında xəbərdarlıq edəcək. Alətlər panelinin yenidən quraşdırılmasının pulsuz olacağı bildirilir.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



Şərhlər


AD