Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Təkmilləşdirilmiş BMW X1

Təkmilləşdirilmiş BMW X1 dərhal tanınır, lakin Bavariya markasının mühəndisləri modeldə böyüdülmüş hava çıxıntıları və restaylinq edilmiş duman əleyhinə faraları olan yeni qabaq bamper quraşdırıblar. Həmçinin qabaq barmaqlıq və faralar da təkmilləşdirilib.

BMW X1-in arxa hissəsində yeni fənərlər və bamper var. Həmçinin yeni qaz buraxma sistemi borularını da qeyd etmək lazımdır. Bundan əlavə, indi arxa görünüş güzgüləri yerə X1-in təsvirini sala bilirlər. təkər disklərinin dizaynı və ban rəngləri də yenilənib.

Salonda az dəyişiklik edilib – sürət qutusu üçün yeni selektor, 8,8- və ya opsional olaraq yeni 10,25 düymlük informasiya-əyləncə sistemi, salon işləmələrində istifadə olunan yeni materiallar, cihazlar panelində uyğunluq təşkil edən tikişlər və xalılar. Təkmilləşdirilmiş BMW X1 Avropada satışa yayda çıxarılacaq. O, 3- və 4-silindrli mühərriklər alacaq. Əsas yenilik isə X1 xDrive25e modelində hibrid variantın olmasıdır.

Hibrid X1 xDrive25e qabaq təkərləri hərəkət etdirən 123 a.g. və 220 Nm fırlanma anı verən benzin turbo mühərrik, arxa oxda isə 94 a.g. və 165 Nm fırlanma anı verən, 9,7 kVt-lıq tökmə-ion batareyadan qidalanan elektrik mühərriki alıb. Bu təkcə elektrik mühərriklə 50 km məsafə qət etməyə imkan verir.

Bundan əlavə, avropalı müştərilərə 1,5-litrlik, 3-silindrli, 114 a.g. və 270 Nm fırlanma anı verən turbolaşdırılmış X1 sDrive16d, 228 a.g. və 450 Nm verən 2-litrlik X1 xDrive25d, habelə 228 a.g. və 350 Nm verən benzin X1 xDrive25i təklif ediləcək. Modelin ən güclü benzin mühərrikli versiyası 8-pilləli avtomat sürət qutusu, opsional olaraq tam ötürücü alacaq ki, bu da krossoverə yerindən 100 km/saata cəmi 6,3 saniyəyə sürətlənməyə imkan verəcək.

AUTO.AZ



teqlər:
BMW, BMW X1 31.05.2019

Şərhlər


AD