Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari-dən hibrid superkar

Ferrari-nin yeni modeli SF90 Stradale adlanır və o, hibrid superkardır. Bu yenilik Scuderia Ferrari yürüş komandasının 90 illik yubileyi münasibətilə yığılıb və şirkətin yürüş və asfalt avtomobilləri arasında əlaqə yaradıb.

Əsas yenilik onun mühərrikidir – 769 a.g. və 800 Nm fırlanma anı verən 4-litrlik, iki turbo yükləyicili V8. O, 3 elektrik mühərrikindən ibarət hibrid sistemlə birgə çalışır. Bu mühərriklərdən biri V8 ilə yeni 8-pilləli, iki muftalı avtomat sürət qutusunun arasında, digər ikisi isə qabaq oxda quraşdırılıb.

Elektrik mühərrikləri 7,9 kVt-luq tökmə-ion batareyadan qidalanır və 217 a.g. verir. Bu tam ötürücülü SF90 Stradale-yə ümumilikdə 986 a.g. bəxş edir. Məhsuldarlıq baxımından yeni superkar yerindən 100 km/saata 2,5 saniyəyə, 200 km/saata isə 6,7 saniyəyə sürətlənir. Nəticədə SF90 340 km/saat maksimal sürətə sahib olur. Bununla yanaşı, superkar təkcə elektrikli mühərriklə 25 km məsafə qət edə bilər.

SF90 Stradale-nin çəkisi cəmi 1570 kq-dır. Bu da modelə güc ilə çəki arasında rekord uyğunluq verir – hər at gücünə 1,57 kq çəki. Ferrari-dən bildiriblər ki, yüngül çəkiyə bir sıra yüngül materiallardan, o cümlədən karbon lifindən və yeni alüminium qarışıqlardan hazırlanmış çoxkomponentli ban və asılqan sayəsində nail olunub.

SF90 Stradale sükanda yerləşən yeni eManettino ötürücüsü ilə təchiz edilib. Onun köməyi ilə 4 hərəkət rejimindən birini seçmək mümkündür – tam elektrikli, hibrid, V8-in maksimum gücünü istifadə edən Performance, o cümlədən elektrik mühərriklərini tam güclə işlədərək avtomobilin bütün potensialını ortaya qoyan Qualify.

Mühəndislər, həmçinin yeni elektron idarəetmə sistemi Side Slip Control (eSSC) də hazırlayıblar. O, idarəetmənin dinamikasını, o cümlədən dartma gücünə nəzarət edən elektrikli sistemi, fırlanma anının oxlar arasında bölünməsini, yüksək texnologiyalı əyləc sistemini optimallaşdırır.

Yenilik son 20 ildə istehsal edilmiş Ferrari idman avtomobillərinin radikal inqilabıdır. O, formaya görə dərhal tanınır, lakin SF90 nazik diodlu matrisa faralar, bir qədər də əyilmiş qabaq şüşə, daha nazik sütunlar, aerodinamik ətəklər, hündür hava çıxıntıları, tam yeni arxa diffuzor, Camaro üslubunda fənərlər və arxa hissənin düz mərkəzində yerləşdirilmiş qazburaxma boruları ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari SF90 Stradale 30.05.2019

Şərhlər


AD