Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus krossover RX-i təkmilləşdirib

Lexus şirkəti RX ailəsinin təkmilləşdirilmiş variantını təqdim edib. Yolsuzluq avtomobili yeni model ilində elə də çox dəyişilməyib, lakin alıcılar onu qiymətləndirəcəklər. Lexus RX ağıllı və təhlükəsiz olub.

Xarici görünüşdəki dəyişikliklərə yeni optika, duman əleyhinə faralar, 18- və 20-düymlük təkər disklərinin bir sıra dizayn variantları, ban üçün bir neçə yeni rəng daxildir.

İnteryerdə isə bir qədər inqilabi dəyişikliklər olub: Lexus trekpaddan sensorlu monitorların xeyrinə imtina edib. Standart vəziyyətdə krossoverin multimedia sisteminə 8-düymlük ekran daxildir. Lakin opsional olaraq o, 12,3-düym ölçüyə qədər böyüdülə bilər.

Şayiələrə əsasən, alıcıların istəyinə uyğun olaraq trekpəd də saxlanıla bilər. Sistem özü Apple CarPlay və Android Auto funksiyalarını da dəstəkləyir. Habelə səs ilə idarəetmə sistemi da mövcuddur. Bort ləvazimatları siyahısına təkmilləşdirilmiş sürücüyə dəstək sistemi də daxil olub.

İndi yolsuzluq avtomobilinin asılqanında yüngül və daha sərt köndələn müqavimət sabitləşdiriciləri və fərqli amortizatorlar var. Təkmilləşdirmənin məqsədi krossoverin idarəetməsini yaxşılaşdırmaq, onu daha komfortlu etməkdir.

Nəhayət, Lexus RX üçün opsional olaraq F Sport paketi də mövcuddur: indi ondan iki ədəddir. Birinciyə, krossoverin daha aqressiv görünüşü, ikinciyə isə idarəetmənin təkmilləşdirilməsi, o cümlədən idman amortizatorları, bort elektronikası üçün əlavə iş rejimi olar Sport+ və s. daxildir. Düzdür, hələlik Lexus-dan bu paketin hansı bazar üçün nəzərdə tutulduğu barədə məlumat verilməyib.

AUTO.AZ



teqlər:
Lexus, Lexus RX 29.05.2019

Şərhlər


AD