Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW-dən yeni nəsil 1 Series

Alman avtomobil istehsalçısı yeni üçüncü nəsil 1 Series-in xarici görünüşünü və interyerini dəyişib. Yenilik krossover BMW X2 ilə çox oxşardır. Avtomobilin qabaq hissəsində daha böyük radiator barmaqlığı, yeni formada bir cüt fara alıb. Arxa hissədə diodlu fənərlər, məhsuldar M135i modeli üçün idman asması, o cümlədən nazik diffuzor və iki ədəd qazburaxma turbini var.

BMW bəyan edir ki, yeni dizayn və forma 1 Series-in interyerini kifayət qədər böyüdüb. İndi arxa oturacaq sərnişinlərinin başları üstündə əlavə 19 mm, ayaqları üçün isə əlavə 33 mm məsafə yaranıb. Bundan əlavə, yeni nəslin baqaj hissəsi sələfinə nisbətən 20 litr artıb (380 litr). Arxa oturacaqlar yığıldıqda isə baqajın həcmi 1200 litr təşkil edir.

Mühərriklərə gəldikdə, Avropa müştəriləri üçün üç dizel və iki benzin mühərriki əlyetərlidir. Dizel mühərriklərə 116 D (116 a.g.), 118d və tam ötürücülü 120d xDrive, benzin mühərriklərə isə 118i və 302 a.g.-nə malik M135i xDrive aiddir. Sonuncu tam ötürücü ilə birlikdə avtomobilə yerindən 100 km/saata 4,8 saniyəyə sürətlənməyə imkan verir.

Tam yeni BMW 1 Series 2020-nin satışının artıq sentyabrdan başlanması planlaşdırır. Satışa az müddət qalmış tam komplektasiyalar və qiymət barədə məlumat veriləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series 28.05.2019

Şərhlər


AD