Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda yeni nəsil Superb təqdim edib

Skoda avtomobilləri sıralamasında ən nüfuzlu Superb modeli nəsil dəyişiminə məruz qalıb və həm interyerdə, həm də eksteryerdə dəyişikliklər alıb. Onlardan biri də diodlu matrisa faraları üçün yeni sistemdir.

Çex avtomobil istehsalçısı sonuncu ilə daha çox fəxr edir. Belə ki, o, hətta uzaq məsafəyə işıq vurmadan istifadə edildikdə belə qarşıdan gələn avtomobillərin sürücülərinin gözlərinə mane olmur. Bu, qabaq şüşədə quraşdırılmış xüsusi kamera vasitəsilə mümkün olur, belə ki, o, qarşıdan gələn avtomobili görən kimi, işığın müəyyən seqmentlərini söndürür.

Skoda Crystal Lighting adlanan bu sistem müxtəlif idarəetmə və hava şəraiti üçün müxtəlif rejimlər təklif edir. Lakin əlbəttə ki, yeni Superb təkcə bununla seçilmir. Avtomobil, həmçinin yeni qabaq bamper alıb, sedan banında uzunluq 8 mm, universal banda isə 6 mm artırılıb.

Digər dəyişikliklər bunlardan ibarətdir: iki xətti olan və qabaq bamperə tərəf bir qədər əyilən yeni radiator barmaqlığı, qabaq nazik faralar, baqaj üzərində xromlaşdırılmış əlavələr və SKODA yazısı. Skoda Superb 2020-nin interyeri cihazlar panelində xrom işıqlandırma, yeni oturacaqlar, mərkəzi konsolda və qabaq paneldə yeni dekorativ əlavələr sayəsində daha cəzbedici olub.

Skoda Superb tarixində ilk dəfə olaraq  VW Passat GTE modelində olan hibrid güc qurğusu alıb – 1,4-litrlik benzin TSI və 114 a.g. verən elektrik mühərriki. Onlar birlikdə 215 a.g. və 400 Nm fırlanma anı verir. Mühərrik 13 kVt-lıq batareyadan qidalanır. Bu batareya ilə 55 km məsafə qət etmək olar.

Adi mühərriklərə gəldikdə, burada müştərilərə 10 müxtəlif kombinasiyalı və sürət qutusu olan variant təklif edilir:  1,6-litrlik dizel TDI (120 a.g.), 2-litrlik TDI (150 və ya 190 a.g.), 1,5-litrlik benzin TSI (150 a.g.), 2-litrlik TSI (190 və ya 272 a.g.). Mühərriklər 6-pilləli mexaniki və ya 7-pilləli avtomat sürət qutusu ilə çalışırlar. Tam ötürücü də əlyetərlidir.

Nəhayət, Çex şirkəti tarixində ilk dəfə olaraq model sırasını universal banda yolsuzluq avtomobili Scout ilə genişləndirib. Bu versiyada Superb 15 mm daha hündürdür.

Superb Scout tam ötürücülüdür, əlavə hərəkət rejimlərinə malikdir. Bu versiyada Superb 2-litrlik dizel TDI (190 a.g. və 400 Nm), 2-litrlik benzin TSI (272 a.g. və 350 Nm) mühərriklər alıb. Hər iki mühərrik 7-pilləli avtomat sürət qutusu və Start/Stop sistemi ilə işləyir.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Superb 27.05.2019

Şərhlər


AD