Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Opel-dən tam yeni Corsa

Corsa-e adı almış elektrikləşdirilmiş model Opel-in tarixində ilk tam elektrikli Corsa olacaq. Məhz o, 6-cı nəsil modelin açılışını edəcək. Beləliklə, Corsa üçün sifarişlər qəbul olunmağa başladıqdan bir neçə həftə sonra şirkət benzin və dizel mühərrikli standart versiyalar da təqdim edəcək.

Elektrikli Corsa-ya gəldikdə, o, 50 kVt-lıq tökmə-ionlu akkumulyator alıb ki, cərəyanla tam doldurulduqdan sonra 330 km məsafə qət edə bilər. Otuz dəqiqəyə akkumulyatoru 80% doldurmaq mümkündür.

Cоrsa-e-nin elektrik mühərrikinin gücü 134 a.g. və 260 Nm-fir. Kompakt hetçbək yerindən 100 km/saata cəmi 8,1 saniyəyə, 50 km/saata isə cəmi 2,8 saniyəyə sürətlənir.

Sürücü üç idarəetmə sistemindən yararlana bilər - Normal, Eco və Sport. Sonuncu idarəetməyə olan həssaslığı və dinamikanı artırır. Eco rejimi hərəkətin uzaqlığına hesablanıb.

Corsa-e sələfindən dinamik dizayn ilə fərqlənir, lakin ölçüləri elə əvvəlkidir – uzunluğu 4060 mm. Dam xətti sələfinə nisbətən 48 mm aşağı salınıb. Avtomobilin interyerində 7-düymlük sensorlu ekranı olan yeni informasiya-əyləncə sistemi quraşdırılıb. Sistemlər arasında yol nişanlarını tanıma, adaptiv kruiz-kontrol, kor zonaların monitorinqi və sürət məhdudiyyəti barədə xəbərdarlığı qeyd etmək lazımdır.

AUTO.AZ



teqlər:
Opel, Opel Corsa 26.05.2019

Şərhlər


AD