Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi TT-nin istehsalını dayandırır

Audi-nin Direktorlar Şurasının sədri Brem Şot illik yığıncaqda bəyan edib ki, şirkət son illər ərzində həddən artıq layihədə iştirak edib və bu strategiya əsas hədəflərə köklənmək üçün dəyişilməlidir.

Düzdür, Audi öz model sıralamasında müştərilərin fəallığı predmetini dərindən öyrənəcək və buna görə də məsələlərdən birini artıq həll edib – TT modeli bu yaxınlarda istehsalatdan çıxarılacaq və onu eyni qiymət diapazonunda daha emosional model əvəz edəcək. Varis barədə elə də çox məlumat yoxdur, lakin Şot bildirib ki, yenilik elektrikli güc qurğusuna malik olacaq.

Şot, həmçinin deyib ki, şirkət sportkar R8-in gələcəyini müzakirə edir, lakin hələlik qərar alınmayıb. Əvəzində isə qərara alınıb ki, iyul ayında krossover Q3 Sportback təqdim edilsin və şirkət Sportback banından istifadəni Audi-nin bütün modelləri üçün genişləndirməyi planlaşdırır.

Şot təfərrüatlara toxunmadan deyib ki, Audi bir sıra yeni krossoverlər istehsal etməyə hazırlaşır, 2025-ci ilədək hər bir Audi yolsuzluq avtomobili olmalıdır və onlardan bir çoxu elektrikli güc qurğusuna malik olacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi TT 25.05.2019

Şərhlər


AD