Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes hibrid GLE təqdim etdi

Mercedes-Benz şirkəti yumşaq hibrid qurğulu V8 mühərrikinə malik yeni yolsuzluq avtomobili GLE 580 təqdim edib. Yenilik hələlik GLE 63 istehsal edilmədiyindən sıralamada ən güclü avtomobildir.

Yenilik GLE 450 və AMG GLE 53-dən üstündür. Onun kapotu altında yeni 4-litrlik, 483 a.g. və 700 Nm fırlanma anına malik, iki turbo yükləyicili V8 mühərriki dayanır. Bundan əlavə, mühərrikə yumşaq hibridli EQ Boost sistemi də kömək edir ki, o, əlavə 21 a.g. və 249 Nm verir.

Yolsuzluq avtomobili GLE üçün standart olan salon alıb – iki ədəd 12,3-düymlük monitoru olan rəqəmsal sistem. O, rəqəmsal cihazlar və MBUX multimedia sisteminin kombinasiyasını təşkil edir. Bundan əlavə, salonda əlavə işləmələr, xarici görünüşdə isə AMG detalları və 22-düymlük təkər diskləri də peyda olub.

Qeyd edək ki, yeni GLE 580 3-litrlik, 6-silindrli, 362 a.g.-lü mühərriki olan GLE 450-dən, habelə  429 a.g.-ə malik 6-silindrli mühərriki olan GLE 53 kifayət qədər güclüdür.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes GLE 24.05.2019

Şərhlər


AD