Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren yeni model GT-ni təqdim etdi

McLaren-dən verilən məlumata görə, təqdim edilmiş GT modeli unikal kombinasiyalı yüngül konstruksiya, iki turbo yükləyicili güclü V8 mühərriki və misilsiz daxili genişlik sayəsində Grand Tourer seqmentində bütün qaydaları dəyişəcək.

McLaren bildirir ki, şirkət heç vaxt bu böyüklükdə salonu olan və uzaq məsafəyə getmək üçün rahat sportkar istehsal etməmişdi. Buna əlavə olaraq, şirkət müştərilərə əsl superkar təklif edir.

Yenilik Speedtail modelinin əsasında hazırlanıb və brendin biznes planında 4-cü yeni modeldir. O, 2025-ci ilə hesablanıb. Avtomobil uzaq məsafələrə getmək üçün maksimal rahat superkar axtaran tam yeni auditoriya üçün nəzərdə tutulub. Bununla belə, McLaren-dən bildiriblər ki, yeni GT bu seqmentdə olan digər modellərdən daha yüngül və cəlddir.

Karbon lifindən hazırlanmış superkarın çəkisi 1530 kq-dır. Arxa hissədə 420 litr həcmi olan baqaj yerləşir, mühərrik və qazburaxma sistemi isə daha böyük yer qazanmaq üçün mümkün qədər altdadır.

GT-nin unikallığı ondadır ki, onun mühərrik avtomobilin ortasında yerləşdirilib. Bu da qabaq hissədə əlavə 150 litr həcmi olan baqaj hissə yaratmağa imkan verib. Beləliklə, uzaq məsafəyə getmək üçün bu avtomobildə 570 litr həcmi olan baqaj var.

Superkarın salonunda elektrikli tənzimlənən, qızdırıla bilən, rahat oturacaqlar yerləşdirilib. Bu oturacaqlar uzaq məsafələrə gedən zaman tam rahatlığı təmin edir.

McLaren GT 620 a.g. və 630 Nm fırlanma anı verən iki turbo yükləyicili, 4-litrlik V8 mühərrikinə sahibdir. O, 7-pilləli avtomat sürət qutusu ilə təchiz edilib ki, bu, avtomobilə yerindən 100 km/saata cəmi 3,2 saniyəyə sürətlənməyə imkan verir. Dəqiqədə 3000-dən 7250 dövrlə fırlanma anı daha da arta bilər ki, bu, istənilən sürətlə hərəkət zamanı daha da sürətlənməyə və ötmə əməliyyatını yerinə yetirməyə imkan verir.

Qeyd olunur ki, artıq avtomobili sifariş vermək mümkündür və o, 2019-cu ilin sonlarında müştərilərə təhvil verilə bilər.

AUTO.AZ



teqlər:
McLaren, McLaren GT 23.05.2019

Şərhlər


AD