Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi möhtəşəm brendi barədə şayiələri təsdiq etdi

Audi şirkəti illik yığıncaqda son aylar mətbuatda dolaşan şayiələri təsdiq edib. Belə ki, artıq bir neçə aydır,  mətbuat yazır ki, alman markası özünün flaqman sedanı olan A8 L-dən yeni çox möhtəşəm avtomobil düzəltmək istəyir.

Hazırda ətraflı məlumat yoxdur. Çünki Audi təkcə onu deyib ki, yeni A8 çox möhtəşəm bir sedan olacaq. Şirkət, həmçinin yeniliyin əvvəlki brendlə də əlaqəsi olacaq.

Bir qədər əvvəl yayılmış məlumata görə, Audi Horch brendini canlandıra bilər. Bu, şirkətin xüsusi və ən bahalı sıralaması olacaq və Mercedes-Maybach S-Class ilə rəqabət aparacaq. Lakin Mercedes-dən fərqli olaraq, şirkət yeniliyin platformasını uzun etməyəcək.

Həmçinin bildirilir ki, lüks sinfə aid A8 sifarişlə hazırlanmış tökmə disklər alacaq, onların üzərində Horch nişanı olacaq. Kapot altında isə iki turbo yükləyicili, 6-litrlik W12 dayanacaq. Mühərrik tam ötürücü Quattro sistemi ilə birgə çalışacaq. VW Group-dan olan mühərrik Bentley - Continental GT və Bentayga Speed modellərindəki kimi minimum 585 a.g.-ə və ya 626 a.g.-ə malik olacaq.

Audi, həmçinin bəyan edib ki, 2017-ci ilin sonlarında Avropada istehsal edilən A8 2021-ci ildə ilk feysliftinqə məruz qalacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A8, Horch 22.05.2019

Şərhlər


AD