Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Overfinch-dən  Range Rover Sport SVR

Land Rover modellərini təkmilləşdirməklə məşhurlaşan Overfinch atelyesi yolsuzluq avtomobili Range Rover Sport SVR-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Britaniya tünerlərinin bu modifikasiyası SuperSport adlandırılıb.

Atelyenin Range Rover Sport SVR-ni xüsusi ban rəngi və karbon asılqan ilə ayırda etmək mümkündür. Karbon asılqana fərqli bamperlər, radiator barmaqlığı, qabaq qanadlarda ventilyasiya kəsikləri, kandarlar və arxa spoyler daxildir.

Supersport, həmçinin karbon kapot alıb ki, onun üzərində böyük hərflərlə atelyenin adı yazılıb. Tünerlər qeyd edirlər ki, bodi-kit elementləri ya parlaq, ya da satindən və yaxud da şam ağacı formasında ola bilər.

Yolsuzluq avtomobilinin təkər arkaları enliləşdirilib ki, bunun sayəsində avtomobilə 22-düymlük Leggero tökmə təkər diskləri quraşdırmaq mümkün olub. Bu təkərlər effektli əyləc mexanizmləri olan Brembo və 8-porşnli supportlarla təchiz edilib.

Supersport-un qapısını açdıqda ilk olaraq kandarlar diqqəti cəlb edir. Orada modifikasiyanın adı yazılıb. Yolsuzluq avtomobilinin dəri oturacaqlarının üzərində rombşəkilli tikişlər, ağ rəngdə əlavələr və Overfinch loqotipi var. Oturacaqların söykənəcəkləri karbondan hazırlanıb və şam ağacı formasındadır.

Şirkət Range Rover Sport SVR-in mühərrikini gücləndirməyib. Əvəzində ona titandan qazburaxma sistemi quraşdırıb. Bu modifikasiyalı avtomobildən 25 ədəd istehsal ediləcək. Tünerlər bildiriblər ki, avtomobillərin hər biri fərdilik imkanlarının geniş olması səbəbindən bir-birindən seçiləcək.

AUTO.AZ



Şərhlər


AD