Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi S4 yeni mühərrik alıb

Mühərrik Audi-nin model sıralamasını daha geniş əhatə etməkdədir. Bu mühərrik əvvəllər “beşlikdə”, krossover SQ5-də, habelə S6 və S7-də də istifadə edilib. İndi isə S4-ün kapotu altında dizel mühərik dayandı. O, yumşaq hibrid qurğusu təşkil edən uyğunlaşdırılmış yükləyici, starter-generatorla təchiz olunub. Sedan V6 TDI ilk yüzlüyə 4,8 saniyəyə, universal isə 4,9 saniyəyə sürətlənir.

Yükləyici sistemə adi kompressor və elektrikli turbin daxildir. Sonuncu mühərriki aşağı dövrlərdə açır. Hibrid də dinamikanı artırır. O, əlavə olaraq 11 a.g. və 60 Nm fırlanma anı imkanı yaradır (347 a.g., 700 Nm).

Hibrid güc qurğusu və elektrikli turbinlər 48-voltluq şəbəkədən qidalanır. Onun akkumulyatoru baqajın döşəməsinin altında yerləşdirilib. O, həmçinin rekuperasiyadan qidalanır. Start/Stop sistemi də yanacağa qənaətə imkan verir. Avtomobil söndürülmüş mühərriklə enişdə 40 saniyə hərəkət edə bilir.

Sürətlər qutusu 8-pilləli avtomatdır, ötürücü tamdır. Adi rejimdə fırlanma anının 60%-i arxa hissəyə ötürülür. Lakin lazım gəldikdə, dartma gücü 85%-ə qədər artırıla bilir. Audi S4 alıcılarına opsiya qismində fəal arxa diferensial da təklif edilib. Mərkəzi özüqapanma isə artıq standart versiyada var.

AUTO.AZ



teqlər:
Audi, Audi S4 07.05.2019

Şərhlər


AD