Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda yeni Superb-in ilk tizerini göstərdi

Debütündən 4 ildən bir qədər çox sonra sedan Skoda Superb-in üçüncü nəsli feysliftinqə məruz qalmağa hazırlaşır. Modelin debütü Slovakiyanın paytaxtı Bratislavada mayın 1026-da keçiriləcək xokkey üzrə dünya çempionatı çərçivəsində baş tutacaq.

Təqdimat mərasiminə marağı artırmaq üçün Skoda ilk tizeri göstərdi. Orada yenilənmiş qabaq faraları, bamperin aşağı hissəsini, habelə barmaqlığın qorunub saxlanmış dizaynını görmək mümkündür.

Bundan əlavə, sedan baqajın qapağı üzərində loqotipin əvəzinə SUPERB yazısı, təkmilləşdirilmiş arxa fənərlər alıb. Bu fənərləri bir qədər əvvəl çəkilmiş casus şəkilllərində də görmək olardı.

İnteryerin dizaynının Android Auto və Apple CarPlay-i dəstəkləyən yeni informasiya-əyləncə sistemi ilə təkmilləşdirilməsi gözlənilir. Çox güman ki, Skoda-nın interyeri bu seqmentdə rəqiblərindən geri qalmamaq üçün daha bahalı materiallarla işlənəcək.

Maraqlıdır ki, tarixində ilk dəfə olaraq Superb 2020 Volkswagen Passat GTE-dən hibrid güc qurğusu alacaq – bu, 1,4-litrlik benzin turbodördlük, elektrik mühərrikidir. Onlar ümumilikdə 215 a.g. və 400 Nm-ə malikdir.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Superb 04.05.2019

Şərhlər


AD