Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet sportkar Camaro-nu yeniləyib

Chevrolet şirkəti 2020-ci model ilinə aid sportkar Camaro-nu təqdim edib. Avtomobilin xarici görünüşü dəyişilib, habelə o, yeni V8 versiyası alıb. Xarici görünüşdə olan dəyişiklik SS modifikasiyasına da toxunub. Onu sələfindən yeni radiator barmaqlığı ilə fərqləndirmək olar. Bu barmaqlığı o, ötən il SEMA tüninq-festivalında təqdim edilmiş Camaro SS Shock konsept-kardan alıb.

Bundan əlavə, yeni ban rəngi Rally Green, avtomobilin fərdiləşdirilməsi üçün bir sıra yeni elementlər, o cümlədən arxa spoyler, qırmızı rəngdə əylər supportları, 20-düymlük təkər diskləri, Recaro idman oturacaqları da əlyetərli olub. Chevrolet Camaro-da yeni LT1 versiyası peyda olub ki, o, V8 mühərriki olan model üçün əlçatan modifikasiyaya çevrilib. 6,2-litrlik mühərrik 460 a.g.-ə malikdir və 6-pilləli mexaniki, yaxud da 10-diapazonlu avtomat sürət qutusu ilə birgə çalışır.  Camaro LT1-in qiyməti 34995 dollardan başlayır. 10-pilləli avtomat sürət qutusu 3,6-litrlik V6 mühərriki üçün də əlyetərlidir.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro 01.05.2019

Şərhlər


AD