Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi model S5-ə dizel mühərrik əlavə edib

2020-ci model ilinin S6 və S7-lərindən sonra Audi təsdiq edib ki, S5 Coupe və S5 Sportback modelləri də avropalı müştərilərə dizel mühərriklə təklif ediləcək.

Söhbət 48-voltluq elektrikli sistemi olan 3-litrlik V6 TDI-dan gedir. O, 342 a.g. və 700 Nm fırlanma anı verir, o cümlədən benzinlə çalışan sələfindən fərqli olaraq, yanacağa 19% qənaət edir.

Məhsuldarlığa gəldikdə, yeni S5 TDI Coupe yerindən 100 km/saata 4,8 saniyəyə sürətlənir, Sportback isə ondan 0,1 saniyə gec. Maksimal sürət isə hər iki versiyada eynidir – 250 km/saat.

Digər bazarlara gəldikdə, burada Audi avtomobili 4,4 saniyəyə 100 km/saata sürətləndirən və maksimal sürəti 250 km/saat çatdıran 349 a.g. və 500 Nm fırlanma anı verən 3-litrlik V6-nı saxlayacaq. Bütün bunlar qeyri-Avropa bazarları üçün nəzərdə tutulan S6 və S7-də də baş verib.

İstənilən halda, bazarlardan və güc qurğularından asılı olmayaraq, S5-in bütün modelləri 8-pilləli avtomat sürət qutusu və tam ötürücü Quattro sistemi ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Audi, Audi S5 23.04.2019

Şərhlər


AD