Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən AI:ME konsepti

Audi-nin nümayəndələrinin sözlərinə görə, AI:ME konsepti gələcək meqapolislər üçün mobil avtomobil təsviridir. Əlbəttə ki, bu gözəlliyi Şanxayda göstərmək olar.

Avtomobil 4-cü səviyyə avtonom idarəetmə sistemi ilə hazırlanıb. O, bir çox hallarda avtomobilin insan amili olmadan idarə olunmasına imkan verir. Buna baxmayaraq, 5-ci səviyyə texnologiyaya malik Audi Alcon konseptindən  fərqli olaraq, AI:ME-də sürücünün özünün avtomobili idarəetmə istəyinin yaranacağını nəzərə alaraq ənənəvi sükan, pedallar saxlanılıb.

Yalnız sükan və pedallar salonda olan ənənəvi elementlərdəndir. Belə ki, interyerin digər hissələri futuristik üslubda hazırlanıb, burada unikal oturacaqlar, qapı əlavələri var.

Xarici görünüş də ənənəvi deyil – diodlu faralar, uzun külək şüşələri, böyük təkərlər, ənənəvi arxa fənərlərin əvəzinə isə işıq lövhəsi.

AI:ME konseptinin uzunluğu 4,3 m, eni 1,9m, hündürlüyü 1,52 m, təkər bazası osə 2,77m-dir. Bu, Audi-yə salonun mümkün qədər böyütməyə, qabaq və arxa asqını kiçiltməyə imkan verir.

AI:ME-nin güc qurğusu 65 kVt-lıq batareyalardan, arxa oxda yerləşdirilmiş 170 a.g.-lü elektrik mühərrikindən ibarətdir. Dinamik xarakteristika barədə məlumat verilmir. Audi qeyd edir ki, avtomobil şəhər hərəkətinə uyğun olaraq 20-dən 70 km/saat sürətə malikdir.

AUTO.AZ



teqlər:
Audi, Audi AI:ME 15.04.2019

Şərhlər


AD