Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen konsept ID Roomzz təqdim etdi

Volkswagen şirkəti Şanxay avtoşousu ərəfəsində keçirilən xüsusi tədbirdə yeni konsept ID Roomzz təqdim edib. Volkswagen-in elektrik sıralamasının sonuncu nümayəndəsi olan ID Roomzz modeli konseptdir və markanın gələcək 3 sıralı yolsuzluq avtomobilini nümayiş etdirir ki, o, 2021-ci ildə bazara çıxarılacaq.

VW ID Roomzz-un uzunluğu 4915 mm, eni 1890 mm, hündürlüyü 1760 mm, təkər bazası isə 2965 mm-dir. Şirkətdən bildiriblər ki, modelin interyeri ənənəvi mühərrikə malik VW Touareg-dən daha böyük olacaq.

Güc qurğusu ümumilikdə 302 a.g. verən iki elektrik mühərrikindən ibarətdir və avtomobilin döşəməsinin altında yerləşdirilmiş 82 kVt-lıq batareyadan qidalanır. Qeyd olunub ki, yeni ID Roomzz tam dolu cərəyan ilə 450 km məsafə qət edə bilər.

300-dən çox a.g. və startdan əlyetərli olan fırlanma anı sayəsində yolsuzluq avtomobili yerindən 100 km/saata 6,6 saniyəyə sürətlənir. Maksimal sürət 180 km/saatdır. Bundan əlavə, tez yüklənmə rejimi batareyanı 30 dəqiqəyə 80% doldurur.

ID sıralamasında altıncı modelin konseptinə minivendə olduğu kimi yana sürüşən arxa qapılar, hərəkət rejimi üzrə uyğunlaşdırılan oturacaqlar üçün çoxlu sayda funksiya təklif edən futuristik interyer daxildir. Bunun səbəbi yolsuzluq avtomobilinin 4-cü səviyyə idarəetmə sistemi ilə təchiz olunmasıdır.

AUTO.AZ

 



teqlər:
Volkswagen, Volkswagen ID Roomzz 12.04.2019

Şərhlər


AD