Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda, MX-5-in hesabına Ginnesin rekordlar kitabına düşdü

Dünyanın ən uzun MX-5 roadsteri sırasına görə, yapon avtomobilqayırma kompaniyası Mazda, Ginnesin rekordlar kitabına düşüb. Yeni Zellandiyada roadster sahiblərinin qoyduğu rekordu (o zaman sıra 249 avtomobildən ibarət idi) qırmaq üçün sentyabr ayının 18-də, Essendə, 459 MX-5 roadsteri toplandı.

Mazda-nın avropadakı ofisinin rəhbərinin verdiyi məlumata görə görüşdə 600-dən çox MX-5 sahibi iştirak etmək istəyirdi, amma, hamını qeyd olunan yerdə toplamaq mümkün olmadığından onların bəzilərinə inkar etməli olublar.

Cərgədəki bəzi avtomobillərdə, o cümlədən, alman aktyoru Ralf Baueranın avtomobilində də eBay internet-auksion hərracı təşkil olunmuşdu. Əldə olunan vasitələr xeyriyyə məqsədinə yönləndirildi.

Paradda 17 ölkədən olan avtomobil sahibi iştirak etdi. İştirakçıların böyük bir qismi Almaniyadan idi. Cərgədəki ən “köhnə” roadster Praqadan idi – onun yaşı 21 il 2 ay təşkil edirdi, ən çox yürüşlü MX-5 isə (344 624 km yürüşlə) İsveçrədən gəlmişdi.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Mazda, Mazda MX-5 24.09.2010

Şərhlər


AD