Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Hyundai Sonata

Bir neçə həftə əvvəl Sonata 2020-nin ilkin təqdimatından sonra Hyundai Nyu York avtosalonunda rəsmi debüt keçirdi və modelin bütün detalları barədə məlumat verdi.

Yeni Sensuous Sportiness dizayn üslubu ilə hazırlanmış və Le Fil Rouge konseptindən ilhamlanan yeni Sonata özündə dördqapılı kupe siluetini cəmləşdirir.

Qabaq hissə alçaq və enli kaskadlı barmaqlıq alıb və xarakterik diodlu hərəkət işıqları olan nazik faralarla əhatə olunub. Bundan əlavə, avtomobilin kənarlarında xrom xətlər gedir ki, bunlar maşını işə salanda işıq saçırlar.

Sonata-nın banı səlis və parlaq xətləri əks etdirir. Bu xətlər arxa fənərlərədək uzanır və diodlu işıq xətti ilə bitişərək bumeranqı xatırladan unikal forma yaradır.

Salonda da unikal üslub gözə çarpır. Burada tam yeni sükan, yumşaq qabaq panel, xüsusi salon işıqlanması mövcuddur. Model, həmçinin 12,3-düymlük cihazlar paneli, 8-düymlük ekranı olan, Android Auto və Apple CarPlay-i dəstəkləyən informasiya-əyləncə sistemi alıb.

Modelin baza versiyasının kapotu altında iki variantda güc qurğusu dayanır – 180 a.g. və 264 Nm fırlanma anı olan 1,6-litrlik turbolaşdırılmış mühərrik və 191 a.g., 245 Nm verən 2,5-litrlik mühərrik.

Hər iki mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Bir qədər sonra Sonata, həmçinin hibrid güc qurğusu və 275 a.g. verən mühərrikli idman versiyası alacaq. Onları isə gələn ilədək gözləməli olacağıq.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Sonata 26.04.2019

Şərhlər


AD