Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lotus ön mühərrikli Elite kupesini hazırlayır

Britaniya superkar istehsalçısı Lotus, 2014-cü ildə ön mühərrikli, 2+2 düstur açılışlı avtomobil hazırlamaq haqda olan planlarını bildirdi. Bu, KERS kinetik enerjisinin bərpası sistemi ilə olan hibrid sportkar olacaq. Avtomobil Elite adını alacaq və markanın 52 illik ömründə 3-cü belə adlı, ön mühərrikli Lotus olacaq. Britaniya avtomobil istehsalçısı, yeni avtomobillə Porsche, Ferrari və Aston Martin kimi markalarla rəqabət aparmaq niyyətindədir.

Lotus-un yeni rəhbəri – Deni Baxar, kompaniyaya bir il əvvəl gəlib, amma, artıq avtomobil istehsalını artırmaq və ilkin modeli Elite olacaq yeni modellər haqda uzun müddətli plan hazırlayıb. İlkin məlumata görə, avtomobil, Lexus LS600h modelinə qoyulan 5.0 litr həcmli, gücləndirilmiş V8 mühərriki və iki elektromotor əldə edəcək. Hibrid vahidinin ümumi gücü 540 a.g. olacaq, R-versiyası isə 610 a.g. olan vahidlə təchiz olunacaq. Yeni Elite-in çəkisinin 1680 kq, uzunluğunun isə 4.6 metr olacağı bildirilir. 0-100 km/saat sürətini 3.5-3.7 saniyəyə əldə edəcək. Sportkupenin qiyməti 120 000 avrodan başlayacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Lotus, Lotus Elite 24.09.2010

Şərhlər


AD